Stadionda azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner nümayiş etdirilib

Stadionda azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner nümayiş etdirilib

GünAz TV: Son günlərdə İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılmasını tələb edən soydaşlarımızın sayı artıb.

 

“Mən də Abbas Lisaniyəm” kampaniyası tanınmış Güney Azerbaycanlı fəalın qanunsuz saxlanmasına etiraz etmək və onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmək məqsədi ilə keçirilir. Bu kampaniyaya qoşulan soydaşlarımızın sayı yüzlərlədir. Onlar fəala azadlıq tələblərini video şəkilində internetdə paylaşır.

 

Bununla yanaşı azərbaycanlı siyasi məhbusların qanunsuz həbs edilməsinə ümumi məkanlarda da etiraz edilir. Fevralın 6-da Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə “Məscid Süleymanın” “Neft” komandası arasında keçirilən görüş zamanı stadionda azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner nümayiş etdirilib. Bannerdə “Azərbaycanın siyasi məhbusları azad olsun” cümləsi yazılıb.

Bütün bunlar İran təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri önləyici tədbirlərə rəğmən baş tutub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN