Sulduzda divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb – GÖRÜNTÜ

Sulduzda divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb – GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın Sulduz şəhərində divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb.

 

Şüarlar iyunun 30-dan azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılmağa başlayıb.

 

Fəallar hər kəsi iyulun 5-i və 6-da Babək qalası mərasimində iştirak etməyə çağırıblar.

 

Hazırda şəhərin ən hərəkətli yerlərində divarlarda “İyulun 5-i və 6-da görüşümüz Babək qalasında” yazılarına rast gəlinir.

 

Fəallar ötən günlərdə Təbriz, Urmiyə, Ərdəbil, Xoy və Muğan şəhərlərində də divarlara yazılar yazaraq hər kəsi Babək qalası yürüşündə iştirak etməyə çağırıblar.

 

Güney Azərbaycanda hər il iyulun əvvəllərində Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin doğum günü kimi qəbul olunan tarixdə Babək qalasına yürüş edilir, ənənəvi yürüşün bu il də baş tutacağı gözlənilir.

 

Qalaya toplaşan soydaşlarımız İran rejiminin Azərbaycan türk millətinə qarşı ayrı-seçkilik siyasətini məhkum edərək ölkədə türk millətinin demokratik və milli hüquqlarının təmin olunmasını tələb edirlər.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN