Sulduzda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib – VİDEO

Sulduzda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib – VİDEO

GünAz TV: Sulduz şəhərinin Vilayət stadionunda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib.

 

İyunun 9-da Sulduz üzrə keçirilən Rəməzan kubokunda bu şəhərin “Fəcr” komandası ilə kürdləri təmsil edən “Milan” komandası qarşılaşıb, soydaşlarımız yarış zamanı gur səslə “Azərbaycan, Azərbaycan” və “Yaşasın  Azərbaycan” şüarları səsləndiriblər.

 

Azərbaycanlılar tərəfindən milli şüarlar səsləndirildikdən sonra bəzi kürd tamaşaçıları sulduzlu soydaşlarımıza hücum edib, onları nalayiq küçə söyuşləri ilə söyüblər.

 

Hadisənin şahidlərindən biri bu barədə GünAz TV-yə məlumat verib: “Kürdlər bizim tərəfə bir çox əşya, o cümlədən butulka və hətta daş atdılar, onlar türklər və Azərbaycanın ünvanına təhqiramiz söyüşlər səsləndirdilər.”

 

Məlumata görə, hadisə zamanı stadionda olan təhlükəsizlik qüvvələri kürdləri yaxalamaq yerinə türklərə təzyiq göstərib.

 

VİDEO:

https://www.youtube.com/watch?time_continue=5&v=sQqP1Iufo4U

 

https://www.youtube.com/watch?time_continue=12&v=j3UHpNqTLrQ

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN