Sulduzun kürddilli millət vəkili “Ağ bulaq” kəndinin adını təhrif edib – VİDEO

Sulduzun kürddilli millət vəkili “Ağ bulaq” kəndinin adını təhrif edib – VİDEO

GünAz TV: Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirməyə çalışan qüvvələr terror aktları törətməklə yanaşı bölgədə türkcə olan coğrafi adları da təhrif edirlər.

 

Sulduzun kürddilli sözdə millət vəkili Əbdulkərim Hüseynzadə coğrafi adlarla bağlı təhrifə yol verən radikal kürdlərdən biridir.

 

O Teleqram səhifəsində “Ağ bulaq” bölgəsinə bir ambulansın ayrıldığını qeyd etdiyi postda bölgənin adını təhrif edib. Əbdulkərim Hüseynzadə yazdığı mətndə “Ağ bulaq” bölgəsini mötərizə içində “Kani sepi” adlandırıb. Kimsənin eşitmədiyi adın radikal kürd cərəyanları tərəfindən ortaya atıldığı məlum məsələdir.

 

 

 

Əbdulkərim Hüseynzadə iyun ayında “Sulduz” sözünün (tarixi “Sulduz” şəhəri dövlətin rəsmi sənədlərində “Nəqədeh” adlanır) əhali arasında işlədilməsindən qəzəblənərək bu sözün ixtilafa səbəb olduğunu, bugünkü dünyada belə məsələlərin heç bir dəyəri olmadığını demişdir.

Millət vəkili çıxışında əsəbi vəziyyətdə bildirmişdir ki, “biz nə üçün “Sulduz” sözünə bu qədər təkid edirik?”

 

Sözdə müasir dildə danışan millət vəkilinin sözləri Azərbaycanı kürdləşdirmək məqsədi ilə məntəqəyə köç edən və bu istiqamətdə terror kimi bir çox fəsadlar törədən radikal kürdlərin əməlinə uyğun gəlmir. Əbdulkərim Hüseynzadə bu günə qədər radikal qüvvələrin bölgədə törətdikləri cinayətləri pisləyən heç bir açıqlama verməyib.

 

Qərbi Azərbaycan əyalətində bütün coğrafi adlar türk dilindədir. Bölgənin kürdləşdirilməsinə çalışan kürd terror qruplaşmaları və digər radikal qüvvələr həmin adları dəyişdirməyə çalışır. Kürdləşdirmə prosesi İran rejimi tərəfindən də dəstəkləndiyi üçün radikal kürd ailələrinin Qərbi Azərbaycanın şəhər və kəndlərinə köçməsi daha da sürətlənib. Bütün bunlar bölgədə demoqrafik tərkibi dəyişdirməyə hesablanıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN