Sürücünün türk olduğunu görən yol polisi onun avtomobilini saxladı – Tehranda / VİDEO

Sürücünün türk olduğunu görən yol polisi onun avtomobilini saxladı – Tehranda / VİDEO

GünAz TV: İranın yol polisi sürücülərdən birini türk olduğuna görə cəzalandırıb.

 

Tehrandan yayılan bir videoda farsdilli bir yol polisinin türk sürücüyə qarşı irqçi şəkildə yanaşdığı görünür. Sürücünün avtomobili onun türk olduğuna görə polis tərəfindən evakuasiya edilib.

 

Sürücü ondan siğorta tələb edən yol polisinə dəfələrlə siğortası olduğunu bildirib, lakin polisin qərarında bir dəyişiklik olmayıb. Bundan sonra sürücü bildirib ki, mənim siğortam var, lakin türk olduğumu gördükdən sonra sizin davranışınız dəyişdi. Sizlər biləsiniz, irqçisiniz. Mən isə türk olmağımla fəxr edirəm... .

 

Sürücü dəfələrlə siğortasının olduğunu bildirsə də, polis avtomobili evakuasiya etmək üçün mərkəzlə əlaqə saxlayaraq qaldırıcı kran çağırıb.

 

İran polisinin irqçi hərəkəti azərbaycanlı internet istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb, aşağıdakı video sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə yayılıb.

 

https://www.youtube.com/watch?time_continue=10&v=le75Ina9jzE

 

 

İranda qeyri-fars millətləri, xüsusi ilə Azərbaycan türklərinə qarşı irqçi hərəkətlər bütün sahələrdə özünü bruzə verir. Bunu kütləvi informasiya vasitələri, film, tamaşa, hətta məktəblilərin dərsliklərində açıq-aşkar görmək mümkündür.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN