Tanınmış güney azərbaycanlı fəal Həsən Raşidi koronavirusa yoluxub

Tanınmış güney azərbaycanlı fəal Həsən Raşidi koronavirusa yoluxub

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Həsən Raşidinin koronavirusa yoluxduğu bildirilir.

 

Bu barədə azərbaycanlı fəal özü səhifəsində post paylaşaraq məlumat verib.

 

Hal-hazırda evdə müalicə olunduğunu bildirən fəal vəziyyətinin yaxşılaşmağa doğru getdiyini qeyd edib.

 

 

Ərdəbilin Muğan məntəqəsində dünyaya göz açan Həsən Raşidi elektronika ixtisası üzrə Tehran və Amerika Birləşmiş Ştatlarında təhsil alıb.

 

Həsən Raşidi Güney Azərbaycanın çox tanınmış və fəal yazıçılarından biridir. O türk dili və ədəbiyyatını tədris edir. Azərbaycanlı fəalın yüzlərlə məqaləsi Varlıq, “Furuğ Azadi”, “Ümid-i Zəncan”, “Nəvid Azərbaycan”, Yarpaq və Dilmac nəşriyyələrində dərc olunub. “Türklər və onların İranda tarix, dil və kimliyinin araşdırılması”, “Türk dili və onun İrandakı keçmişi və bugünkü vəziyyəti” və “Dilimizin sadə qrammatikası” kitabları onun qiymətləri əsərlərindəndir.

 

Həsən Raşidi Azərbaycan türk millətinin mədəni hüquqları uğrunda apardığı fəaliyyətlərə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN