Tanınmış güney azərbaycanlı yazıçı və şair vəfat edib

Tanınmış güney azərbaycanlı yazıçı və şair vəfat edib

GünAz TV: Güney Azərbaycanın məşhur yazıçı, şair, tərcüməçi və araşdırmaçılarından olan ustad Əziz Möhsüni vəfat edib.

 

Mühəndis Fərid Möhsüni tərəfindən yayılan məlumata görə, azərbaycanlı şair 95 yaşında Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib.

 

Ustad Əziz Möhsüni məşhur “Varlıq” dərgisinin yazıçılar şurasıın üzvü olub, o mərhum Dr. Cavad Heyət və dərginin digər yazıçıları ilə uzun illər əməkdaşlıq edib.

 

Vətəndən uzaqda vəfat edən yazıçının türk dili və ədəbiyyatı, eləcə də Azərbaycan mədəniyyəti ilə bağlı bir neçə kitabı var. “Dinlə məni”, “Nisgillərim”, “Çay axır”, “Savalan” və “Azərbaycan ədəbiyyat tarixindən qızıl parçalar” kitabları mərhum şairin ən məşhur əsərləri sırasındadır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN