Tanınmış ustad aşıq Heydər Mahmudi Həmədanda vəfat edib

Tanınmış ustad aşıq Heydər Mahmudi Həmədanda vəfat edib

GünAz TV: Güney Azərbaycanın qocaman ustad aşıqlarından olan Heydər Mahmudi Həmədan şəhərində vəfat edib.

 

Uşaq yaşlarından aşıq sənəti ilə məşğul olan Heydər Mahmudi təxminən 70 il müddətində bu sənətə böyük töhfələr verib. O Qum-Sava-Həmədan aşıq məktəbinin məşhur saz-söz ustadlarından biridir.

 

Mərhum sənətkar Heydər Mahmudi iyunun 24-də Həmədanın “Bağ beheşt” qəbiristanlığında dəfn olunub. Onun dəfn mərasimi də həmin gün Fəhəngiyan şəhərciyində yerləşən Qəmər-i Bənihaşim məscidində keçirilib.

 

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıblar. Bu sənət Güney Azərbaycanda bütün manelərə baxmayaraq inkişaf etməkdədir.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN