Tanınmış yazıçı və rejissor bütün güney azərbaycanlı milli-mədəni fəalların müvəqqəti sərbəst buraxılmasını tələb edib

2020-03-14 17:48

GünAz TV: Tanınmış yazıçı və rejissor İsmayıl Münsif bütün güney azərbaycanlı milli-mədəni fəalların müvəqqəti sərbəst buraxılmasını istəyib.

 

Güney azərbaycanlı sənətkar bu barədə öz İnstaqram səhifəsində post paylaşaraq İran zindanlarında həbsdə olan milli-mədəni fəalların məzuniyyətə buraxılmasını tələb edib.

 

Rejissor paylaşdığı mətni Azərbaycan türkcəsində də dərc edib.

 

“İran zindanlarında koronavirus yayıldığı üçün, 160-dan çox azərbaycanlı mədəni fəal, jurnalist, şair və yazıçı Məhkəmə Sisteminin rəisinə məktub ünvanlayaraq siyasi məhbuslar və azərbaycanlı fəalların müvəqqəti sərbəst buraxılmasını tələb ediblər.

Mən də bir azərbaycanlı kimi, ədalətsiz qərar əsasında həbs olunan əziz insanların azadlığa buraxılmasını istəyirəm. Düşünürəm ki, onların indiki böhranlı günlərdə azad edilməsi ən minimal hüquqlarının təmini olardı.

Bu insanların əksəriyyəti türk dilinin rəsmi şəkildə tanınması uğrunda apardıqları fəaliyyətə görə həbs olunub. Hansı ki, biz bu hüququ yalnız seçkilər zamanı təbliğat-təşviqat dönəmində namizədlərin dilindən eşidirik.”- deyə o qeyd edib.

 

İsmayıl Münsif “Kömür” filminin rejissorudur. Astara şəhərində çəkilən film Güney Azərbaycanla Fransanın birgə istehsalıdır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02

gun az article

GünazTV June.01.2020: PARLAQ GƏLƏCƏK:İran rejimi ABŞ etirazlarınan sui-istifadə edir, Güney Azərbaycanlıların köçmək səbəbi.

2020-06-01

gun az article

Milli fəal Yunis Quluzadə həbs cəzasının icrası üçün zindana gedib

2020-06-01

gun az article

Sərçəm-Ərdəbil magistral yolunda avtomobil qəzası: 1 nəfər yanaraq ölüb

2020-06-01

gun az article

İranın təhlükəsizlik qüvvələri kürd terrorçuları tərəfindən öldürülən azərbaycanlı əsgərlərin anım mərasiminin keçirilməsinə icazə verməyib + VİDEO

2020-06-01

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı artır: hər gün 160 nəfər

2020-06-01

gun az article

Təbriz meri: koronavirusun yayılması yenidən fövqəladə səviyyəyə çatıb

2020-06-01

gun az article

“İranın idman məsulları 3 dəfə Traxtur komandasının çempion olmasının qarşısını alıblar”

2020-05-31

gun az article

Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib

2020-05-31

gun az article

Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31