Təbriz Bələdiyyəsindən yerli əhaliyə saymazlıq: Şəhərdə fars dili kitabının lövhəsi quraşdırılıb

2018-09-21 07:33

GünAz TV: Təbrizin Bələdiyyə İdarəsi ictimai tələbin əksinə olaraq şəhərin məşhur “Fəhmidə” meydanında fars dili kitabının lövhəsini quraşdırıb.

 

Bələdiyyə başqanının rejimin göstərişi ilə etdiyi bu hərəkət şübhəsiz ki, yerli əhaliyə qarşı saymazlıq və hörmətsizlik sayılır.

 

Lövhədə kitabın yanında bir qələm və qələm qəddiyən də  görünür. Məqsəd fars dili və bu dildə təhsil almağı təbliq etməkdir.

 

Bu hərəkət bələdiyyə başqanı İrəc Şəhin Baherin öz siyasi mövqeyinə də çox uyğundur. O dəfələrlə belə hərəkətləri ilə Azərbaycana xəyanət etdiyini sübut edib.

 

İ.Şəhin Baher ötən aylarda Azərbaycan türk millətinə xəyanəti ilə tanınan İsfəndiyar Qarabağini incəsənət və mədəni işlər üzrə özünə müşavir seçib. İ.Qarabaği tanınmış panfarsistlərdən biridir, o hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib.

2014-cu ildə Salmas şəhərinin bələdiyyə başqanı türk kimliyini müdafiə etmək məqsədi ilə bu şəhərin meydanlarından birində ucaldılan Firdovsinin heykəlini meydandan götürmüşdür. Həmin hadisəyə görə, paniranist qüvvələr İran prezidentinə xitabən bəyanat yaydılar, İ.Qarabaği sözügedən bəyanatı imzalayan şəxslərdən biri olub. Bəyanatı imzalayanlar ölkənin mədəni birliyinin təhlükəyə düşdüyündən nigaran olduqlarını diqqətə çatdıraraq Qərbi Azərbaycan və Salmasın kimliyinin türklərin xeyirinə olaraq dəyişdirildiyini iddia edib, bu hərəkəri sərt şəkildə qınamışdılar.

 

İ.Şəhin Baher və İ.Qarabaği türk dilini kölgədə qoymaq məqsədi ilə “3 nəsil müasir ədəbiyyatla” adlı tədbir keçirərək Azərbaycan əhalisinin vəsaiti hesabına fars dili və ədəbiyyatını təbliğ etdilər. Tədbirə çox sayda fars şair və yazıçı, hətta Əfqanıstandan belə şairlər dəvət olunmuşdur.

 

Fars dili Azərbaycan türk millətinin seçimi deyil, bunu türklərin uzun illərdir apardığı mədəni mübarizə sübut edir. Bu dil şovinist rejim tərəfindən millətə sırınıb, azərbaycanlılar arasında bəzi manqurtlar isə bu prosesə yardım edir.

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23

gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21