Təbriz havası hələ də həssas qruplar üçün əlverişsizdir

Təbriz havası hələ də həssas qruplar üçün əlverişsizdir

GünAz TV: Şərqi Azərbaycan əyalətinin Ekologiya Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Davud Qasımzadə Təbrizin havasının hələ də meteoroloji həssas insanlar üçün əlverişsiz olaraq qaldığını deyib.

 

O, “İsna” agentliyinə verdiyi açıqlamada Təbriz havasının keyfiyyətinin orta hesabla 109 olduğunu, bunun isə öz növbəsində həssas qruplar üçün əlverişsiz hesab edildiyini bildirib.

 

Rəsmi ürək və ağ ciyər xəstəliklərindən əziyyət çəkənlərə, hamilə və ya südəmər uşağı olan qadınlara, eləcə də yaşlılar və uşaqlara açıq hava şəraitində mümkün qədər az vaxt keçirməyi tövsiyə edib.

 

Davud Qasımzadə meteoroloji proqnozlara əsasən qeyd edib ki, havanın qeyri-sabit keçəcəyini nəzərə alsaq, qarşıdakı iki gün ərzində şəhər ərazisində hökm sürən çirkli hava şəraiti tədricən azalacaq.

 

O, sonda insanları mümkün qədər şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyə, daha çox ictimai nəqliyyata üstünlük verməyə çağırıb.

 

Qeyd etmək lazımdır ki, son həftələr ərzində Təbrizdə çirkli hava şəraiti hökm sürür. Rəsmilər isə bu cür halların qarşısının alınması və ya vəziyyətin nəzarətə alınması üçün heç bir addım atmırlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN