“Təbriz Kompressor Zavodu”nun işçiləri etiraz yığıncağı keçirib

“Təbriz Kompressor Zavodu”nun işçiləri etiraz yığıncağı keçirib

GünAz TV: “Təbriz Kompressor Zavodu”nun işçiləri maaşlarını vaxtı-vaxtında ala bilmədikləri üçün etiraz yığıncağı keçiriblər.

 

Yığıncaq çərşənbə günü, avqustun 15-də zavodun həyətində baş tutub. 6 aydır maaş almadıqlarını bildirən işçilər bu vəziyyətə etiraz olaraq fəaliyyətlərini dayandırıblar.

 

Etirazçılar aksiya zamanı əllərində bir banner nümayiş etdiriblər. Bannerdə “Biz fəhlələrin dadına çatın. 6 aydır ki, pulsuzluqdan ailələrimizdən utanırıq. 4 aydır ki, siğorta haqqımız ödənilmir. Gələcəyə heç bir ümidimiz qalmayıb. Nə zamanadək məsulların laqeyd münasibətinə şahid olacayıq?! Biz nə qədər dözməliyik?! boş vədlər nə zamanadək davam edəcək?!” sözləri yazılıb.

 

 

 

“Təbriz Kompressor Zavodu” vaxtı ilə Güney Azərbaycanın ən fəal istehsal müəssisələrindən biri olub. Bu zavod ötən illərdə özəlləşdirmə bəhanəsi ilə hökumətə yaxın şəxlərə buraxılıb, həmin gündən zavodda böhran başlayıb.

 

“İlna” xəbər agentliyi 2017-ci ilin mart ayında zavodda yaşanan böhranla bağlı məlumat yaymışdır. Bildirilib ki, işçilər zavod özəlləşdirildikdən sonra ixtisar edilib, onların sayı 700-dən 120-yə düşüb.


“Təbriz Kompressor Zavodu”nun işçiləri ötən illərdə əmək haqlarını vaxtı-vaxtında ala bilmədikləri üçün dəfələrlə etiraz aksiyası keçiriblər.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN