Təbriz Tibb Universitetinin İslami Birliyi Həsən Ruhaniyə məktub ünvanlayıb: Hökumət bizi eşitmir...

Təbriz Tibb Universitetinin İslami Birliyi Həsən Ruhaniyə məktub ünvanlayıb: Hökumət bizi eşitmir...

GünAz TV: Təbriz Tibb Universitetinin İslami Birliyi İran prezidenti Həsən Ruhaniyə açıq məktubla müraciət edib.

 

Məktubda Həsən Ruhani dövründə Universitetlərdə siyasi-mədəni fəaliyyətlərə qarşı təzyiqlərin dəyişmədiyi, hətta bəzi hallarda daha da artdığı qeyd olunub.

 

“Universitetin müstəqilliyi məhv olub. Ona görə də fəaliyyətimizi dondururuq. Öyrənci qurumlarının ölkə üzrə birgə qurum yaratmasına dair tələbləri eşidilmir. Onlara bölgə və ya ölkə səviyyəsində tədbir keçirməyə imkan verilmir.

 

Sizin hökumətiniz universitetlərdə mədəni fəaliyyətlərlə bağlı azad mühitin görüntüsünü yaratdı. Lakin reallıqda hər şey əksinə oldu. İndi universitetə xaricdən müdaxilə olunur. Hökumət nəinki bu barədə heç bir tədbir görmür, hətta özü problemin bir hissəsinə çevrilib. Sizin universitetdən kənar nümayəndələriniz öyrənci qurumlarını öz proqramlarına uyğun şəkildə fəaliyyət göstərməyə çağırır. Bu istiqamətdə çoxlu təzyiq, təhdid və həvəsləndirmə halları müşahidə edilib”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Prezidentə hüquqşünas deyə xitab edən öyrəncilər ona qanunu xatırladaraq bildiriblər ki, sizin meyliniz heç nəyi dəyişmir. Əsas odur ki, sizin əməliniz universitetlərdə çıxılmaz vəziyyət yaradıb. Artıq sizdən heç nə gözləmək düzgün deyil, yəqin ki, belə bir ixtiyarınız daha qalmayıb.

“Təbriz Tibb Universitetinin İslami Birliyi sizin Səhiyyə Nazirliyindəki nümayəndələrinizi qanun mövzu ilə əlaqədar münazirəyə çağırır. Aydın məsələdir ki. Bütün təzyiqlər öyrənci qurumlarını tətil etdirməyə hesablanıb. Bu vəziyyətdə Təbriz Tibb Universitetinin İslami Birliyi universitetlərdə tətbiq olunan qanunsuz siyasətə etiraz olaraq Səhiyyə Nazirliyində vəziyyət dəyişənə və qanuna əməl olunanadək öz fəaliyyətini dondurur və qurumun mərkəzi şurası ofisinin açarını hökumətin universitetdəki nümayəndəsinə təhvil verir”- deyə öyrəncilər vurğulayıb.

 

Təbriz Tibb Universitetinin İslami Birliyinin prezidentə ünvanladığı açıq məktub ötən günlərdə yayılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN