Təbriz Universitetinin təsis edildiyi tarix təhrif edildi: Təhsil müəssisəinin 70 illiyi keçirildi

Təbriz Universitetinin təsis edildiyi tarix təhrif edildi: Təhsil müəssisəinin 70 illiyi keçirildi

GünAz TV: Ötən əsrin ortalarında Azərbaycan Milli Höluməti tərəfindən təsis edilən Təbriz Universitetinin təsis edildiyindən 72 il keçdiyi halda, təhsil müəssisəsinin 70-ci ildönümü mərasimi keçirilib.

 

İran rejimi bununla universitetin Azərbaycan Milli Hökuməti tərəfindən deyil, Pəhləvi dövründə təsis edildiyini sübut etməyə çalışır.

 

Avqustun 29-da Təbriz Universitetinin “Vəhdət” salonunda keçirilən tədbirdə çox sayda yerli və ölkə məsulları, o cümlədən Təbriz Universitetinin rəisi Dr. Məhəmmədrza Purməhəmmədi,  elm, tədqiqatlar və texnologiyalar nazirinin müavini Dr. İbrahim Xudayi, Əli Xamneyinin Şərqi Azərbaycan nümayəndəsi Məhəmmədəli Al-i Haşim, Şərqi Azərbaycan valisi Məcid Xudabəxş və s. kimi məsullar iştirak edib. Mərasimə Türkiyə, Azərbaycan Respublikası, Gürcüstan və s. kimi ölkələrin universitetlərindən də qonaqlar dəvət olunub.

 

Tədbirdə çox sayda elmi və hüquqi şəxsiyyət iştirak etsə də, mərasimin adı, yəni “universitetin təsis edilməsinin 70-ci ildönümü” sözü yaddaşlarda təhrif olaraq qalacaq.

 

Təbriz Universitetinin rəisi Dr. Məhəmmədrza Purməhəmmədi ötən günlərdə universitetin təsis olunması tarixi ilə bağlı dolayısı yolla etiraf etsə də, mərasimdəki çıxışında mövzu ilə bağlı bir neçə cümlə deməklə kifayətlənib.

“Əslində Bu universitetin 70 ildən çox yaşı var. Təhsil müəssisəsinin təsis ilə bağlı lisenziya 1945-ci ildə (hicri-şəmsi təqvimi ilə 1324-cü il) verilib. Lakin 1946-1947-ci illərdə universitetə öyrənci qəbul olunub. Ona görə də biz 2017-2018-ci illəri (1996-1997-ci illər) universitetin təsisinin 70-ci ildönümü kimi qəbul etdik”- deyə o bildirib.

 

Təhsil müəssisəsinin Azərbaycan Milli Hökuməti dövründə təsis edildiyinə işarə etməyən Məhəmmədrza Purməhəmmədi bundan sonra Təbriz Universitetinin elmi fəaliyyətindən söz açıb. O bildirib ki, bu universitet 2016-2017-ci illərdə dünya üzrə elmdə ən təsiredici universitetlərdən biri kimi qəbul olunub, bununla yanaşı   dünyanın birinci 200 universiteti ilə eyni səviyyədə olan kateqoriyada yer alıb.

 

Onun sözlərinə görə, Təbriz Universiteti ölkə üzrə birinci səviyyəli universitetlər arasında yer alır.

 

Tarixi sənədlərə görə, Azərbaycan Milli Hökumətinin parlamenti 1945-ci il dekabrın 30-da 4 maddəlik bir qanun layihəsini təsdiq edərək Təbriz Universitetinin (Azərbaycan Universiteti) təsis edilməsi haqda qərar qəbul edib. Universitet 1946-ci il iyunun 12-də hökumət başçısı Seyid Cəfər Pişəvəri tərəfindən rəsmən açılıb. Həmin il Təbriz Universitetinin tibb fakültəsinə 60, pedaqoji fakültəsinə 120 və kənd təsərrüfatı fakültəsinə 60 öyrənci qəbul olunub. Hətta Seyid Cəfər Pişəvərinin Azərbaycan gömrüklərindən əldə olunan gəlirin 25 faizini bu universitetə ayırdığı da bildirilir.

 

Təbriz Universiteti Pəhləvi ordusu Azərbaycana daxil olub əhalini qətliam etdikdən sonra hərbçilərin hücumuna məruz qalıb və bir hissəsi dağıdılıb. Bundan sonra türk dilinə düşmən olan Pəhləvi rejimi universiteti bir neçə il bağlayıb.

Milli Hökumət dövründə universitetin rəisi Nüsrətulla Cahanşahlu olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN