Təbriz və Urmiyə şəhərlərində rejimə qarşı etirazlar artıb – VİDEO / GÖRÜNTÜ

Təbriz və Urmiyə şəhərlərində rejimə qarşı etirazlar artıb – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın müxtəlif bölgələri, xüsusi ilə də böyük şəhərlərdə İran rejiminə qarşı etirazlar günü-gündən artır.

 

Bu vəziyyət “Dəheyi fəcr” günlərində (rejim fevralın 1-dən başlayaraq 10 günü islam inqilabının qələbəsi günləri kimi qeyd edir) daha da geniş vüsət alıb.

 

Son məlumata görə, Təbrizin bir çox məntəqəsində divarlar üzərində “Xameneiyə ölüm” şüar yazılıb, gənclər onu diktator adlandırıblar.

 

Aşağıdakı şəkil Təbrizdən GünAz TV-nin mətbuat mərkəzinə göndərilib. “Ölüm olsun Xameneiyə, yaşasın türk milləti” şüarını əks etdirən görüntü fevralın 2-də çəkilib.

 

 

Urmiyə şəhərində isə rejimin bayram kimi qeyd etdiyi günlərdə İslam Cümhuriyyətinin qurucusu Ruhulla Xomeyninin bannerlərini cırıb məhv edirlər.

 

Urmiyə, fevralın 4-ü

 

Aşağıdakı Videoda göründüyü kimi, “Dəheyi fəcr” və R.Xomeyninin bannerləri yandırılır. Bu Video İranın digər şəhərlərinə aiddir.

https://www.youtube.com/watch?time_continue=77&v=NeocY9UDkws

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN