GünAz TV: Təbriz-Sufiyan yolunda avtobus yoldan çıxaraq aşıb.
Şərqi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Vəhid Şadiniyanın məlumatına görə, bu gün səhər saat 6 radələrində baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 22 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb.
25 kilometr uzunluğunda olan Təbriz-Sufiyan magistralı avtomobillərin çox hərəkət etdiyi və saysız-hesabsız qəzaların baş verdiyi yollardan biri hesab edilir.
Bu, son 1 ay ərzində Şərqi Azərbaycan ərazisində avtobusun aşması nəticəsində baş verən 3-cü yol nəqliyyat hadisəsidir.
Güney Azərbaycan yollarının bərbad vəziyyətdə olması, İran istehsalı olan avtobus və maşınların təhlükəsizlik standartlarına cavab verməməsi, eləcə də keyfiyyətsiz ehtiyat hissələrinin bazarda açıq-aşkar satılması kimi amillərə görə Azərbaycan əyalətlərində tez-tez bu cür ölümlə nəticələnən qəzalar baş verir.
Ə.A