Təbrizdə avtobusun aşması nəticəsində 3 məktəbli ölüb, 38-i yaralanıb

Təbrizdə avtobusun aşması nəticəsində 3 məktəbli ölüb, 38-i yaralanıb

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində ağır yol qəzası baş verib.

 

Məlumata görə, oktyabrın 10-u günorta saatlarında qız məktəblilərini daşıyan avtomobil Təbriz-Bostanabad yolunda qəzaya uğrayıb. Hadisə nəticəsində 3 məktəblinin öldüyü, 38-nin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

 

El gölünə çatmamış Kəsayi yolunun başlanğıcında baş verən qəzada avtobusun yoldan çıxaraq aşdığı bildirilir. Qəzaya səbəb kimi sürücünün yağışdan sonra sürüşkən yolda sürət həddini aşması göstərilir.

 

Hadisədə xəsarət alanlar Təbrizin İmam Rza, Sina və Şöhəda xəstəxanalarına çatdırılıb.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər insan amili ilə yanaşı yolların qeyri-standart və avtomobillərin keyfiyyətsiz olmasını baş verən əksər qəzaların səbəbi hesab edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN