Təbrizdə Azərbaycan Milli Hökümətinin baş prokuroru Fridun İbrahiminin xatirəsi anılıb - GÖRÜNTÜ

Təbrizdə Azərbaycan Milli Hökümətinin baş prokuroru Fridun İbrahiminin xatirəsi anılıb - GÖRÜNTÜ

GünAz TV: Bir qrup milli-mədəni fəal Azərbaycan Milli Hökümətinin yaranmasının 73-cü ildönümü münasibəti ilə şəhid Fridun İbrahimini məzarı başında anıblar.

 

Fəallar dekabrın 7-də Təbrizin İmamiyyə qəbiristanlığında toplaşaraq mərhum Fridun İbrahimi və əqidədaşlarının məzarları üstünə gül dəstələri qoyaraq əziz xatirələrini ehtiramla yad ediblər.

 

1946-cı ildə Güney Azərbaycan Pəhləvi ordusu tərəfindən yenidən işğal olunduqdan sonra çox sayda azərbaycanlı  qətliam edildi. Azərbaycan Milli Hökumətinə mənsub şəhidlərdən bir neçəsi Təbrizin İmamiyyə qəbiristanlığında dəfn olunub.

 

Fridun İbrahimi Azərbaycan Milli Hökumətinin baş prokuroru olub. O bir neçə dostu ilə birlikdə 1946-ci ildə Pəhləvi ordusu Azərbaycana vəhşicəsinə hücum etdiyi zaman Mərkəzi Komitənin binasında 34 saat silahlı müqavimət göstərdikdən sonra yaxalanıb. Milli Hökumətin baş prokuroru həbsxanada bildirmişdir ki, heç vaxt şah və ya dövlətdən əfv tələb edilməsin. Biz bunların əfvinə lənət edirik.

 

1918-ci il noyabrın 21-də Astarada doğulan Fridun İbrahimi 29 yaşında Pəhləvi rejimi tərəfindən Təbrizdə edam olunub.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN