Təbrizdə Azərbaycanın tarixi qəhrəmanlarından olan “Zeynəb Paşa”nın büstü götürülüb

Təbrizdə Azərbaycanın tarixi qəhrəmanlarından olan “Zeynəb Paşa”nın büstü götürülüb

GünAz TV: Təbriz şəhərində Azərbaycanın tarixi qəhrəmanlarından olan “Zeynəb Paşa”nın büstü Bələdiyyə İdarəsi tərəfindən götürülüb.

 

Zakir-Çaykənar kəsişməsində quraşdırılmış büst gecə saatlarında gizli şəkildə götürülüb.

 

Məşhur paniranist İsfəndyar Qarabaği Təbriz bələdiyyə başqanının mədəniyyət və incəsənət işləri üzrə müşaviri təyin olunduqdan sonra bu şəhərdə Azərbaycana qarşı çoxlu işlər görülür.

 

İsfəndyar Qarabaği hər zaman Azərbaycan türk millətinin milli kimliyinə qarşı qərəzli mövqe sərgiləyib və fars şovinizminə əlindən gələn dəstəyi əsirgəməyib.

 

“Zeynəb Paşa”nın büstü ötən illərdə azərbaycanlı heykəltəraş Əhəd Hüseyni tərəfindən hazırlanıb, həmin büstün biri də “Təbrizin Məşrutə Evi”ndə quraşdırılıb.

 

Pəhləvi rejimi və islam cümhuriyyəti dövründə Azərbaycan və İran tarixindən türklərin izini silmək istiqamətində çoxlu gizli və açıq işlər görülüb. Büstü  Bələdiyyə İdarəsi tərəfindən götürülən “Zeynəb Paşa” qadın əqidədaşları birlikdə Qacarlar dövrünün axırlarında istibdada qarşı mübarizədə böyük rol oynayıb, o demokratiya və məşrutə inqilabı uğrunda azərbaycanlı kişilərlə çiyin-çiyinə mübarizə aparıb. Azərbaycanlı qadın Təbriz bazarını gəzərək hər kəsi mübarizəyə dəvət edirmiş.

 

“Zeynəb Paşa” Kərbəlaya səfəri zamanı vəfat edib, onun meyiti heç zaman doğulduğu Təbriz şəhərinə intiqal edilməyib.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN