“Təbrizdə baş məşqçi Mustafa Dənizlinin rəsmi qarşılama mərasimi təhlükəsizlik məsələləri ilə bağlı ləğv olunub” - GÖRÜNTÜ

“Təbrizdə baş məşqçi Mustafa Dənizlinin rəsmi qarşılama mərasimi təhlükəsizlik məsələləri ilə bağlı ləğv olunub” - GÖRÜNTÜ

GünAz TV: Ötən günlərdə Təbrizin “Traxtur” futbol klubununun sahibi Məhəmmədrza Zenuzi ilə 1 illik müqavilə imzalayan türkiyli məşhur baş məşqçi Mustafa Dənizli rəsmi qarşılama mərasimi olmadan Təbrizə gəlib, o artıq baş məşqçi kimi fəaliyyətə başlayıb.

 

Mustafa Dənizli iyunun 17-i gecə saatlarında İstanbuldan Təbrizə gəlib. İran mediasında yayılan məlumata görə, “Traxtur” klubu Təbrizin Mədəni Hava Limanında təntənəli qarşılama mərasimi keçirmək istəyib, lakin mərasim təhlükəsizlik məsələləri ilə bağlı ləğv olunub. Buna baxmayaraq çox sayda “Traxtur” tərəfdarı hava limanına gedərək Mustafa Dənizlini alqışlarla qarşılayıblar.

 

 

Mustafa Dənizli, Ərtoğrul Sağlamdan sonra “Traxtur” komandasının türkiyədən olan ikinci baş məşqçisidir. Ə.Sağlam 2018-ci ilin yanvar ayında Təbrizə daxil olduğu zaman hava limanında minlərlə komanda tərəfdarı tərəfindən qarşılanmışdır. Coşqu ilə qarşılandığını görən baş məşqçi onların qarşısında çıxış etmək istəmişdir, lakin hökumət qüvvələri buna imkan verməmişdir. İran mətbuatı isə Ə.Sağlamın izdihamdan dolayı çıxışının baş tutmadığını yazmışdır.

 

Şübhəsiz ki, Mustafa Dənizlinin qarşılanma mərasiminin ləğv olunması Təbrizdə yeni bir yığıncağın keçirilməsi və Azərbaycanla bağlı şüarların səsləndirilməsinin qarşısını almaq məqsədi güdüb.

 

“Traxtur” klubu rəhbərliyi tərəfindən qarşılanan Mustafa Dənizli hava limanından qalacağı hotelə aparılıb.

 

 

İlk öncə Güney Azərbaycan klubunun imkanları ilə tanış olan yeni baş məşqçi iyunun 18-də günortadan sonra rəsmən fəaliyyətə başlayıb, oyunçular onun nəzarəti altında məşq keçirib.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN