Təbrizdə baş verən zəlzələ nəticəsində bir neçə evin divarı uçub

Təbrizdə baş verən zəlzələ nəticəsində bir neçə evin divarı uçub

GünAz TV: Şərqi Azərbaycan Əyalətinin Basmınc şəhərində 4.3 bal gücündə zəlzələ baş verib.

 

Bu barədə Şərqi Azərbaycan Əyalətinin Təbii Fəlakətlər İdarəsinin baş direktoru Məhəmmədbağır Hünərbər mətbuata məlumat verib.

 

Cümə günü yerli vaxtla saat 15:25-də baş verən zəlzələnin episentri Təbriz şəhərinin 10 kilometr cənub-şərqində yerləşən Basmınc şəhərində 10 kilometr dərinlikdə qeydə alınıb.

 

Zəlzələ Təbriz ətrafında olan bir neçə şəhər və kəndlərdə hiss olunub.

 

Hadisə nəticəsində hər hansı itkinin olmadığını deyən M.Hünərbər İranıq kəndində palçıqdan olan bir neçə divarın uçdüğünü, başqa bir kənddə isə bir evin təxrib olunduğunu diqqətə çatdırıb. O bildirib ki, təxrib olmuş evdə yaşayan ailə zəlzələ zamanı evdə olmayıb.

 

Zəlzələ baş verərkən sakinlər təlaş içində yaşadıqları evləri tərk ediblər. Əhali təkrar təkanların olacağını ehtimal etdiyindən evlərə qayıtmağa tərəddüd göstəribdir.

 

2012-ci il avqustun 11-də episentri Vərziğan olmaqla Təbriz, Əhər və Heris şəhərlərində 6.4 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ bu şəhərlərin ətrafındakı 60 kəndin 80 faizinin viran qalması, 260 nəfərin həyatını itirməsi ilə nəticələnmişdi.

 

Ekspertlərin fikrincə, Təbrizdə zəlzələyə davamsız olan 2,500 hektar ərazidə köhnəlmiş infrastruktur və qeyri-rəsmi yaşayış məntəqələri mövcuddur, Təbriz sakinlərindən ən azı 500 mini həmin ərazilərdə yaşayır. Qeyd olunur ki, Təbrizdə nisbətən güclü zəlzələ baş verərsə, şəhərdə böyük faciə yaşana bilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN