Təbrizdə Bələdiyyə İdarəsi imarətinin tarixi saatının qorunub saxlanılması üzrə tender elan olunur

Təbrizdə Bələdiyyə İdarəsi imarətinin tarixi saatının qorunub saxlanılması üzrə tender elan olunur

GünAz TV: Təbrizin bələdiyyə başçısı bildirib ki, Bələdiyyə İdarəsi imarətinin tarixi saatının qorunub saxlanılması üzrə tender elan olunacaq.

 

İrəc Şəhin Baher Təbriz Şəhər Şurasının keçirdiyi iclasda tarixi saatın vəziyyətindən danışıb.

 

“İmarətin saatı servis xidməti olmadığı üçün bir müddətdir ki, işləmir. Bu saatın bənzəri azdır və çox tarixidir. Ona görə də saatın qorunub saxlanılması və servis xidməti üzrə tender elan olunacaq.”- deyə o bildirib.

 

Bələdiyyə başçısı bildirib ki, saatın əsaslı təmir və servis işlərinə ehtiyac yaranıb.

 

Saat qülləsi adlanan bu imarət 1934-cü ildə tikilib. Tikildiyi dövrdən şəhər bələdiyyəsinin mərkəzi kimi fəaliyyət göstərən imarət II Dünya Müharibəsindən sonra Azərbaycan Milli Hökumətinin mərkəzi binasına çevrilmişdir. Azərbaycan Milli Hökuməti Pəhləvi qoşunları tərəfindən devrildikdən sonra, imarət yenidən şəhər bələdiyyəsinin mərkəzi ofisi kimi fəaliyyət göstərməyə başlayıb. Hal-hazırda da imarət bələdiyyənin mərkəzi binasıdır.

 

Saat 15 dəqiqədən bir zəng çalaraq vaxtı xatırladır.

 

Bələdiyyə İdarəsi imarətinin saatı 45 gündür ki, işləmir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN