Təbrizdə bələdiyyə məmurları iki səyyar satıcını döyərək yaralayıblar – VİDEO

Təbrizdə bələdiyyə məmurları iki səyyar satıcını döyərək yaralayıblar – VİDEO

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində iki səyyar satıcı Bələdiyyə İdarəsi məmurlarının hücumuna məruz qalıb.

 

Hadisə “Vadi Rəhmət” qəbiristanlığının yaxınlığında baş verib.

 

Məlumata görə, bələdiyyə məmurları iki gənc satıcını yol kənarında su satdığı üçün ərazidən uzaqlaşdırmaq istəyiblər. Məmurlar onlara müqavimət göstərən gənc satıcılara kəsici alətlərlə hücum edib, onları döyərək yaralayıblar.

Onlar satıcıların satdığı mal və digər əşyaları dağıdıb, bəzilərini isə özləri ilə aparıblar.

 

Güney Azərbaycanda işsizlik problemi dözülməz həddə çatıb. Bu səbəbdən bir çox gənc küçə ticarəti və səyyar satıcılıqla məşğul olur. Satıcılar müxtəlif şəhərlərdə vaxtaşırı bələdiyyə məmurlarının hücumuna məruz qalır.

 

Video:

https://www.youtube.com/watch?time_continue=16&v=2tETn3h-6hg

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN