Təbrizdə bir çox qadının qatılımı ilə Beynəlxalq Qadınlar Günü qeyd olunub

Təbrizdə bir çox qadının qatılımı ilə Beynəlxalq Qadınlar Günü qeyd olunub

GünAz TV: Təbrizdə bir çox azərbaycanlı qadının qatılımı ilə Beynəlkxalq Qadınlar Günü qeyd olunub.

 

Mədəni fəaliyyəti ilə məşhur olan çox sayda qadının iştirak etdiyi tədbirdə Xoy şəhərindən olan yazıçı və şair xanım Rüqəyyə Kəbiri unutdurulmaqda olan Zəhra Nəvidpurun şübhəli intiharına işarə edərək bu məsələyə mərasimin əsas mövzularından biri kimi toxunub.

 

Xanım Rüqəyyə Kəbiri tədbirlə bağlı Facebook səhifəsində yazıb:

“Digər mövzular incəsənət xadimləri və mədəni fəalların, qadın haqları, dil və digər mədəni tələblərlə bağlı məsuliyyətindən ibarət idi. Təəssüflər olsun ki, bu kimi tələblərə Azərbaycanın bütün şəhərləri, xüsusi ilə də Təbrizdə bir təhlükəsizlik məsələsi kimi baxılır. Mərkəzdə oturanlar “partürkist” etiketi vuraraq belə tələbləri yerindəcə boğurlar.”

 

Onun yazdığına görə, qadınların musiqi sahəsindəki problemləri, qadınlara məxsus konsertlərdə səs yazmaq və ya videoya çəkməyin qadağan olmasıdır. Bu, qadın sənətkarların rezümesində səs və görüntünün olmamasına səbəb olur.

 

Mərasimdə Azərbaycan qadınlarının tarix boyu ictimai məsələlərlə bağlı mübarizəsi, keçmişlə müqayisədə mübarizə tərzinin dəyişməsi, həmçinin sosial şəbəkələrin faydası və dezavantajları barədə də fikir mübadiləsi aparılıb.

 

Mərasimdə iştirakçılardan bir neçəsi “Dünya Qadınlar Günü qutlu olsun” yazılmış plakat nümayiş etdirib.

 

İranda qadınlar hicabsızlıq, naməhrəmlə münasibət qurmaq, geyim tərzi və s. kimi məsələlərə görə davamlı olaraq təhlükəsizlik qüvvələri tərəfindən təzyiq altında saxlanılır. Onların müğənni olmaq, boşanmaq, diyə, qəyyumluq, miras payı. idman stadionlarına daxil olmaq və s. hüquqları da təmin olunmur və ya olduqca məhduddur. Bundan əlavə, qeyri-fars millətləri, o cümlədən Azərbaycan qadınları milli səviyyədə həyata keçirilən ayrı-seçkilik siyasətindən də əziyyət çəkir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN