Təbrizdə “Füzuli Məclisi” adlanan ədəbi məclis dayandırılıb, Füzuli Mədəniyyət Müəssisəsinin təsisi ilə bağlı sənədlər zibil qabına atılıb!

Təbrizdə “Füzuli Məclisi” adlanan ədəbi məclis dayandırılıb, Füzuli Mədəniyyət Müəssisəsinin təsisi ilə bağlı sənədlər zibil qabına atılıb!

GünAz TV: Azərbaycanlı şair, yazıçı və tanınmış Füzulişünas Təbrizdə “Füzuli Məclisi”nin dayandırıldığı və Füzuli Mədəniyyət Müəssisəsini təsis etmək təşəbbüsündən əl çəkdiyini bildirib.

 

Dr. Fərman Fərzi qeyd edib ki, “Füzuli Məclisi” Təbriz Bələdiyyə İdarəsinin Mədəniyyət və İncəsənət Təşkilatının yalnış ədarəçiliyi və koordinasiyalı şəkildə fəaliyyət göstərmədiyindən, xüsusi ilə də təşkilatın rəisi cənab Mikayıl Nəzərinin zəif fəaliyyətindən bəlkə də bir dəfəlik tətil edildi.

 

Dr. Fərman Fərzi həmçinin Təbrizdə Füzuli Mədəniyyət Müəssisəsini təsis etmək təşəbbüsündən vaz keçdiyini diqqətə çatdırıb. O bu barədə İnstaqram səhifəsində məlumat yayıb:

“1 ildir ki, Məhəmməd Füzuli adına Mədəniyyət Müəssisəsini qeydiyyata aldırmağa çalışıram. Artıq bu gün yorqunluq və ümidsizlikdən bütün sənədləri zibil qabına atdım. Bir il əziyyətdən sonra əliboş evə qayıtdım”- deyə o qeyd edib.

 

“Füzuli Məclisi” Təbrizdə hər həftə azərbaycanlı yazıçı, şair və mədəni fəalların iştirakı ilə keçirilirdi. Lakin İranın təhlükəsizlik orqanları müxtəlif bəhanələrlə ədəbi məclislərin keçirilməsinə bir neçə dəfə maneçilik yaradıb.

 

Bu məclislərdə sadəcə türk ədəbiyyatının klassiklərinin yaradıcılığından bəhs olunur. Məclislərin təmami ilə siyasətdən uzaq keçirilməsinə baxmayaraq rejim Azərbaycan ədəbiyyatı və kimliyi uğrunda atılan istənilən addımı öz əleyhinə, eləcə də fars dili və mədəniyyətinə zidd hesab etdiyi üçün belə tədbirlərə maneçilik yaradır. Rejimin Güney Azərbaycanda mədəniyyət və ədəbiyyat sahəsinə təhlükəsizlik məsələsi kimi baxması bir çox problemlərin əsas səbəbi kimi analiz edilir.

 

Dünya şöhrətli şair Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatının dahi nümayəndələrindən biridir. Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq millətlərinin ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir mütəfəkkirdir, onu sevən insanlar Azərbaycan və türk dünyası ilə məhdudlaşmır.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN