Təbrizdə Güney Azərbaycan Milli Hərəkatının bayrağı dalğalandırılıb, şagirdlər bayrağın rəsmini çəkib – VİDEO / GÖRÜNTÜ

Təbrizdə Güney Azərbaycan Milli Hərəkatının bayrağı dalğalandırılıb, şagirdlər bayrağın rəsmini çəkib – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Təbrizdə Milli Qiyamın (2006-ci il 22 may hadisələri – 1 xordad hadisələri) 13-cü ildönümü türk bayraqlarının nümayiş etdirilməsi ilə yad edilib.

 

Bu məqsədlə məktəblərin birində şagirdlər Güney Azərbaycan Milli Hərəkatı bayrağının rəsmini çəkib. Bundan əlavə şəhərin müxtəlif məntəqələrində Milli Hərəkatın birgə mübarizə bayrağı nümayiş etdirilib.

 

Təbrizin bəzi məntəqələrində Güney Azərbaycan Milli Hərəkatının bayrağı ilə yanaşı Türkiyə bayrağı da dalğalandırılıb.

 

https://www.youtube.com/watch?time_continue=1&v=GG--iGtQV5s

 

 

İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 13 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc etmişdir. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiyə, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi. İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı. Həmin etirazalarda onlarla soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb və minlərlə etirazçı həbs edilib və təqiblərə məruz qaldı. İran xüsusi xidmət orqanları hadisədən bir neçə ay sonra da kütləvi həbsləri davam etdirdi.

 

Azərbaycan tarixinə “1 Xordad hadisələri” (“22 may hadisələri”) və Milli Qiyam adı ilə düşən qanlı etiraz aksiyaları Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər və Azərbaycan Milli Hərəkatının yeni mərhələyə keçməsinə ciddi təkan vermiş oldu.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN