Təbrizdə “Heydər baba pıçıltısı” xəttatlıq sərgisi keçirilir – GÖRÜNTÜ

Təbrizdə “Heydər baba pıçıltısı” xəttatlıq sərgisi keçirilir – GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində ustad Yusif Kəlecahinin xəttatlıq əsərlərinin nümayiş etdirildiyi sərginin açılışı olub.

 

“Heydər baba pıçıltısı” adı ilə keçirilən sərgidə nümayiş etdirilən xəttatlıq nümunələri Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasından götürülüb.

 

Ustad Yusif Kəlecahi Azərbaycan və İranın tanınmış xəttatlarındandır. O ötən il Tehranda “Hafizanə məcmuəsi” əsərini sərgiləmişdir.

 

““Hafizanə məcmuəsi”ndən sonra ikinci işimi də Azərbaycan mədəniyyəti və türk dilinə həsr etmək qərarına gəldim. Türk dilində yaradılan əsərlər arasında ustad Şəhriyarın “Heydər babaya salam” poeması olduqca əhatəli əsərdir. Ona görə də onu mövzu kimi götürdüm, indi də Azərbaycan mədəniyyəti uğrunda müəyyən addım atdığımdan çox xoşhalam”- deyə ustad Yusif Kəlecahi sərginin açılış mərasimində qeyd edib.

 

Xəttatlıq sərgisi yanvarın 10-dan 15-dək Təbrizin incəsənət-mədəniyyət kompleksində keçiriləcək.

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN