Təbrizdə iki məhbus azərbaycanlı öyrəncilərin yardımı ilə azadlığa buraxılıb

Təbrizdə iki məhbus azərbaycanlı öyrəncilərin yardımı ilə azadlığa buraxılıb

GünAz TV: Təbriz Universitetinin bir qrup öyrəncisi təqdirəlayiq bir addım ataraq iki məhbusun ailəsinə qovuşmasına səbəb olublar.

 

Bu, öyrəncilərin maddi yardımı nəticəsində mümkün olub.

 

Məlumata görə, Təbriz Universitetinin öyrənciləri “Allah baxır” adı ilə bir qrup yaradaraq Şərqi Azərbaycanda iradəsindən asılı olmayan səbəblərə görə həbs edilmiş məhbusları azad etdirmək üçün yardım toplayıblar, bu tədbir nəticəsində artıq iki məhbus azad etdirilib.

 

Şərqi Azərbaycan Diyə Mərkəzinin icraçı direktoru Rəsul Tağızadə öyrəncilərin təqdirəlayiq hərəkətini alqışlayaraq bu barədə Təbriz Universitetinin rəisinə məktub ünvanlayıb. Müraciətdə öyrəncilərin məhbusların azadlığı uğrunda apardıqların səylərinin təqdir edilməsi xahiş olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN