Təbrizdə kişi həyat yoldaşını öldürdükdən sonra intihar edib

Təbrizdə kişi həyat yoldaşını öldürdükdən sonra intihar edib

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı bir ailədə faciə baş verib.

 

Məlumata görə, hələlik kimliyi məlum olmayan bir kişi həyat yoldaşını öldürdükdən sonra intihar edib.

 

Dəhşətli qətl və intihar hadisəsi avqustun 1-də Təbrizin “Qara Məlik” məhəlləsində baş verib.

 

“İrna” şahidlərə istinadən bildirib ki, qadın əri tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

 

Baş verən qanlı hadisənin təfərrüatı barədə məlumat yayılmayıb.

 

Güney Azərbaycanda intihar faktlarının artması təsadüfi deyil. Bir çoxları bölgədə intihar göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Ölkə əhalisinin yaşadığı ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. şübhəsiz ki, insanların ictimai və fərdi həyatını dərindən ətkiləyir, intihar və qətl kimi hadisələrə yol açır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN