Təbrizdə Milli Qəhrəman Mübariz İbrahimovun qar adamı heykəli hazırlanıb

Təbrizdə Milli Qəhrəman Mübariz İbrahimovun qar adamı heykəli hazırlanıb

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun qar adamı heykəli hazırlanıb.

 

Heykəl bu sahədə xüsusi istedadı olan iki güney azərbaycanlı gənc tərəfindən hazırlanıb. Təbriz sakini olan gənclər qar adamı düzəltməklə milli qəhrəmanımıza öz sevgi və hörmətlərini ifadə etmək istəyiblər.

 

Qar adamı həykəlinin yanında Azərbaycanın şanlı üçrəngli bayrağı da dalğalandırılıb.

 

Son vaxtlar Milli Qəhrəman Mübariz İbrahimovun heykəlinin Azərbaycan şəhərlərində dalğalanmasını tələb edən azərbaycanlıların sayı daha çox artıb. Güney Azərbaycan gəncləri Azərbaycanın milli qəhrəmanına xüsusi sevgi və hörmət bəsləyir.

 

Qeyd edək ki, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. O Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anavdan olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN