Təbrizdə polis əməkdaşları əhalinin şənlik etməsinə mane olub, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO

Təbrizdə polis əməkdaşları əhalinin şənlik etməsinə mane olub, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO

GünAz TV: Güney Azərbaycanın mərkəzi şəhəri olan Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib, şənlik etmək istəyən gənclərin bir araya gəlməsinə icazə verilməyib.

 

Sosial şəbəkələrdə yayılan aşağıdakı Video Təbrizin “Şah Gölü” parkında qeydə alınıb. Polis əməkdaşları mümkün etiraz yığıncağının qarşısını almaq məqsədi ilə parka toplaşan insanları ərazidən uzaqlaşdırıb.

 

https://www.youtube.com/watch?time_continue=37&v=pqwPcwzagmI

 

Azərbaycan şəhərlərində qiyamın baş verməsindən vahiməyə düşən rejim Təbrizin əsas meydan və xiyabanlarında təhlükəsizlik tədbirlərini gücləndirib.

 

GünAz TV məbuat mərkəzinə göndərilən videolarda Ettellat və polis əməkdaşlarının etirazların baş qaldıra biləcəyi ərazilərə toplaşdığı görünür.

 

https://www.youtube.com/watch?time_continue=7&v=B4RU8ci9fRI

 

 

https://www.youtube.com/watch?time_continue=4&v=UGzHAfma0xI

 

 

Mərkəzçi paniranist qüvvələrin etirazları öz adına çıxmaq cəhdi Təbriz və Azərbaycanın digər şəhərlərində geniş etiraz aksiyalarının keçirilməsinə başlıca maneədir.

 

Qeyd edək ki, İranın bir neçə böyük şəhərində ölkənin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları hökumətdən qiymət artımının və milli valyutanın məzənnəsinin aşağı düşməsinin qarşısını almağı tələb edirlər. Onlar hazırkı rejim və onun rəhbəri Əli Xamneyiyə qarşı şüarlar səsləndirib və təkərlər yandırıblar. Aksiyalar təhlükəsizlik qüvvələri tərəfindən dağıdılır, bir neçə şəhərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN