Təbrizdə polis gözyaşardıcı qaz və rezin dəyənəklə “Traxtur” tərəfdarlarına hücum edib, xəsarət alanlar var – VİDEO / GÖRÜNTÜ

Təbrizdə polis gözyaşardıcı qaz və rezin dəyənəklə “Traxtur” tərəfdarlarına hücum edib, xəsarət alanlar var – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Xəbər verdiyimiz kimi, aprelin 19-ü yerli vaxtla saat 17:00-da Təbrizin “Traxtur” futbol klubu “Peykan” komandasını səhənd stadionunda qəbul edib, bu görüş də təhlükəsizlik qüvvələrinin “Traxtur” tərəfdarlarına qarşı zorakılığı olmadan ötüşməyib.

 

“Traxtur” ötən həftə “Sepid rud”la görüşdə rastlaşdığı problemin oxşarına bu oyunda da rast gəlib. Qurulan ssenarinin tərkib hissəsi olaraq hakim yenə də Azərbaycan klubuna qarşı qərəzli mövqe sərgiləyib, bir neçə yanlış qərar verib. Sonda oyun 0:1 hesabı ilə qonaq komandanın xeyirinə yekunlaşıb.

 

Bu vəziyyətə etiraz edən “Traxtur” tərəfdarları oyun yekunlaşdıqdan sonra təhlükəsiz qüvvələrinin hücumuna məruz qalıb. Rezin dəyənəklə hücuma keçən hökumət qüvvələri tərəfdarları vəhşicəsində döyüb, onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Hadisə zamanı onlarla soydaşımız, o cümlədən uşaqlar və yeniyetmələr müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Təhülkəsizlik qüvvələrinin hücumu stadionun ətraf xiyabanlarında da müşahidə olunub.

 

Dövlətə bağlı olan rəsmi və qeyri-rəsmi kütləvi informasiya vasitələri, hətta BBC farsca xidməti baş verənləri hökumətin xeyirinə olaraq təhrif edib, təhlükəsizlik qüvvələrinin vəhşicəsinə hücumuna haqq qazandırmağa çalışıblar.

 

https://www.youtube.com/watch?v=bSiCt6G3yM8

 

https://www.youtube.com/watch?v=XCPai5gUNhc

 

https://www.youtube.com/watch?time_continue=1&v=Kqxke1wZuQE

 

https://www.youtube.com/watch?v=xzvU7G-6d3M

 

https://www.youtube.com/watch?v=OYlWE-JAfhg

 

https://www.youtube.com/watch?v=9dVxq7CmA2o

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN