Təbrizdə pul əskinasları üzərində “Yaşasın Azərbaycan” möhürü – GÖRÜNTÜ

Təbrizdə pul əskinasları üzərində “Yaşasın Azərbaycan” möhürü – GÖRÜNTÜ

GünAz TV: Güney azərbaycanlıların fars şovinizminə qarşı etirazları müxtəlif formalarda davam edir.

 

Məlumata görə, avqustun 13-də Təbriz şəhərinin milli-mədəni fəalları ölkənin pul əskinasları və pulu əvəz çeklərə xüsusi hazırlanmış möhürlər vurublar. Bu vasitə ilə “Yaşasın Azərbaycan” şüarı çox sayda çek və əskinasda əks olunub.

 

Fars şovinizminə qarşı oxşar tədbirlərə bundan əvvəl də rast gəlinib. Ötən həftələrdə İranın təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillərinə açıqlama verdiyi zaman pul əskinaslarına milli şüarlar yazılıb və nazirin açıqlaması pislənilmişdir. Bu proses bəzi məntəqələrdə hələ də davam edir.

 

Bundan əvvəl əskinaslarda Urmu gölü böhranı, “Traxtur” komandası ətrafında baş verən hadisələr, ana dilində təhsil tələbi və s. kimi mövzular haqda milli şüarlar əks olunub.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN