Təbrizdə “Tiraxtur” tərəfdarı olan qız, oğlan geyimində Səhənd stadionuna daxil olaraq matçı yaxından izləyə bilib

2018-03-15 10:22

GünAzTV: İran rejiminin qadınlara qarşı tətbiq etdiyi bütün qadağa və məhdudiyyətlərə baxmayaraq, martın 13-də Təbrizdə yeniyetmə bir qız, oğlan geyimində Səhənd stadionuna daxil olaraq “Tiraxtur-Əlcəzirə” komandaları arasında keçirilən matçı yaxından izləyə bilib.

 

Bildirilir ki, stadiondakı polis və təhlükəsizlik qüvvələrinin müxtəlif maneələrindən keçməyi bacaran həmin qız, matçı izlərkən, öz sevincini “Bozqurd” işarəsini göstərməklə büruzə verib.

 

Xatırladaq ki, həmin gün, “Tiraxtur” və “Əlcəzirə” futbol komandaları arasında keçirilən matçı yaxından izləmək üçün oğlan geyimində Səhənd stadionuna daxil olmağa çalışan 2 azərbaycanlı qız saxlanılmışdı. Hökumət qüvvələri, həmin qızları təhqir edərək, onlara qarşı zorakılıq nümayiş etdirmiş, kobudcasına stadiondan uzaqlaşdırmışdı.

 

 

Martın 13-də Asiya Çempionlar Liqasının 4-cü həftəsində keçirilən görüşdə, Təbrizin “Tiraxtur” futbol komandası, Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandası ilə görüşüb. Axşam saat 16-da başlanan matç, 1:1 hesabı ilə başa çatıb.

 

40 mindən çox “Tiraxtur” tərəfdarının iştirakı ilə keçirilən oyun zamanı milli şüarlar səsləndirilib. İştirakçılar, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” və “Nə mutlu türküm deyənə” şüarlarını səsləndirərək, Güney Azərbaycan məktəblərində təhsilin ana dilində aparılmasını tələb ediblər.

 

Qeyd edək ki, İran İslam Respublikasında qadınların stadionlara və idman zallarına girişi qadağndır. Son illər, qadınlar hökumətin onlara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinə etiraz bildirərək bu qadağanın aradan qaldırılmasını tələb edirlər. Həmin qadağanın nəticəsidir ki, bəzi qadınlar bütün təhlükələrə baxmayaraq, vaxtaşırı kişi geyimində stadionlara daxil olmağa çalışır və bunun acı nəticələri ilə üz-üzə qalırlar.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

“Liqvan” pendirinə qarşı aparılan təbliğatdan sonra Güney Azərbaycanda “Mihən” məhsulları boykot edilib

2020-06-06

gun az article

Zəncan əyalətində baş verən iki yol qəzasında 4 nəfər ölüb, 2 nəfər yaralanıb

2020-06-06

gun az article

Ərdəbil əyalətində 45 yeni koronavirusa yoluxma halı aşkar edilib

2020-06-06

gun az article

GünazTV June .04.2020- Düşünməyə Çağrı: Türk Dünyası və Erməni Sorunu

2020-06-04

gun az article

GünazTV June.04.2020-Sözümüz: Azərbaycan Dirəniş Ədəbiyyatı

2020-06-04

gun az article

GünazTV June.05.2020: Azadlıq səsi: İranda irqçilik və inkar siyasəti

2020-06-05

gun az article

GünazTV June.05.2020-QADINCA: "İranda namus qətlləri"

2020-06-05

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03