Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçirilib

2019-06-21 12:29

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) vəfatının birinci ildönümü mərasimi keçirilib.


Mərasim cümə axşamı günü, iyunun 19-da Təbrizin “Vadi rəhmət” qəbiristanlığında baş tutub.


İldönümü mərasimində Güney Azərbaycanın müxtəlif bölgələrindən gələn çox sayda milli-mədəni fəal iştirak edib, onlar mərhum H.Dəmirçinin əziz xatirəsini böyük ehtiramla yad ediblər.


H.Dəmirçi 2017-ci il iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə aldığı “Ali nəsəb” xəstəxanasında vəfat edib.


H.Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.


H.Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.
 
Azərbaycanlı fəal mərhum Prof. Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyət Ocağı” Dərnəyinin qurucularından olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.
“Azərbaycan Mədəniyət Ocağı” Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar.
 
Mərhum muğam musiqisi haqda bir neçə cild kitabın müəllifi olub.
 
“Həsən Azərbaycan” adı ilə tanınan mərhum H.Dərmirçi həyatdaykən Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalmışdır.

 



N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: “Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

2020-08-01

gun az article

Həmədan əyalətində koronavirusdan ölənlərin sayı 369 nəfərə çatıb

2020-08-01

gun az article

Məhbus azərbaycanlı fəal Tohid Əmir Əmini ikinci dəfə olaraq ad gününü həbsxanada qeyd edib

2020-08-01

gun az article

İranın təhlükəsizlik qüvvələri söküb aparıqları mərhum azərbaycanlı fəalın məzar daşını əvvəlki yerinə qaytarıblar

2020-08-01

gun az article

Təbrizdə “Sepah” kazarmasında baş verən partlayışla bağlı ziddiyyətli xəbərlər yayılır

2020-08-01

gun az article

Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub

2020-08-01

gun az article

GünazTV Juluy.31.2020: Azadlıq səsi: Azərbaycançılıq və milli birlik düşüncəsi

2020-08-01