Təbrizdə yenidən çirkli hava səbəbindən məktəblərdə tətil elan edilib- Həssas qrupa daxil olan insanlar ehtiyatlı olmalıdırlar

Təbrizdə yenidən çirkli hava səbəbindən məktəblərdə tətil elan edilib- Həssas qrupa daxil olan insanlar ehtiyatlı olmalıdırlar

GünAz TV: 3 həftə ərzində artıq neçənci dəfədir ki, Təbrizdə çirkli hava kütlələri üstünlük təşkil edir.

 

Bu səbəbdən Təbriz və ətrafında yerləşən Sərdrud, Basmenc və Xosrovşah şəhərlərində bütün məktəblər tətilə buraxılıb.

 

Şərqi Azərbaycanın Ekologiya Baş İdarəsinin rəhbəri Davud Qasımzadə məsələ ilə əlaqədar bildirib ki, Təbriz havasının keyfiyyəti hazırda meteoroloji həssas insanlar üçün əlverişli deyil. O, həmçinin vətəndaşlara mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, lazım olmadığı təqdirdə, şəxsi maşınlarla hərəkət etməməyi tövsiyə edib.

 

“Ürək və ciyər xəstəliklərindən əziyyət çəkən şəxslər, hamilə ya südəmər uşağı olan qadınlar, yaşlılar və uşaqlara ev mühitindən kənarda uzun müddət ərzində qalmaq məsləhət görülmür”, - deyə Davud Qasımzadə əlavə edib.

 

Rəsmi çirkli hava şəraitinin gələn həftənin ortalarına qədər davam edəcəyini qeyd edərək, vətəndaşları tövsiyələrə ciddi əməl etməyə çağırıb.

 

Zavodların və nəqliyyatın sisteminin bərbad vəziyyətdə olması, İran istehsalı olan qeyri-standard maşınlar, eləcə də İranın daxili istehlak üçün ayırdığı, ağır zərrələrlə qarışıq olan keyfiyyətsiz qaz və benzin Təbrizdə havanın çirklənməsinə səbəb olan başlıca amillərdəndir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN