Təbrizə səfər edən Həsən Ruhani əhali ilə qarşılaşmaq istəməyib

Təbrizə səfər edən Həsən Ruhani əhali ilə qarşılaşmaq istəməyib

Gün Az TV: Bu gün İran prezidenti Həsən Ruhani Təbrizə səfər edib. Əhalinin qarşısına çıxmaqdan çəkinən prezident dərhal helikopterlə Heris şəhərinə gedib, onun yerli məsullarla görüş keçirəcəyi gözlənilir.

 

Siyasi ekspertlərin fikrinə görə, prezident azərbaycanlıların onun fəaliyyətindən narazı olduğunu bildiyi üçün, onlarla görüşmək istəməyib.

 

Təbrizə bir günlük səfərə gələn prezidentin heç bir ümumi görüşü olmayacq, o sözdə bir neçə layihənin təməlqoyma mərasimində iştirak edəcək. Təcrübə göstərib ki, bu layihələr daha çox təbliğat aparmaq və siyasi məqsədlərə hesablanıb, onların çoxu icra olunub istifadəyə verilmir.

 

Güney Azərbaycan Milli Hərəkatına mənsub fəallar və bir çox Təbriz sakini prezidentin formal səfərinə öncədən etiraz bildirmişdir.

 

Həsən Ruhani son dəfə ötən il “Təbriz 2018” layihəsinin açılışı mərasimində iştirak etmək üçün Təbrizdə səfərdə olub. O səfər zamanı soydaşlarımızın “Azərbaycan oyaqdır – Öz dilinə dayaqdır”, “Mənim dilim ölən deyil” və s. kimi şüarlarla qarşılanmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN