Təbrizin Avropaya yeganə təyyarə reysi ləğv edilir

Təbrizin Avropaya yeganə təyyarə reysi ləğv edilir

GünAz TV: Təbriz və Hamburq şəhərləri arasında ikitərfli reyslər 16 ay fəaliyyətdən sonra dayandırılır.

 

Təbrizdən Avropa şəhərlərinə olan yeganə təyyarə reysinin ləğv olunmasının Təbrizin islam ölkələrinin turizm paytaxtı seçildiyi ilə təsadüf etməsi xüsisi diqqət çəkir.

 

Bu barədə “İlna” Xəbər Agentliyi Qeşm Hava Yolları Şirkətinin Şərqi Azərbaycan Şöbəsinin rəisi Bəhram Vəkili Azərə istinadən məlumat yayıb.

 

İnformasiyaya görə, yerli məsulların dəstək vermədiyi səbəbindən uçuşlar cümə günü müvəqqəti olaraq dayandırılacaq.

 

Təbriz-Hamburq reysi 2017-ci il iyulun 14-də fəaliyyətə başlayıb. İş adamları və turistlərin səfərini rahatlaşdırmaq məqsədi ilə həyata keçirilən uçuşların ləğv olunacağı hər kəsi təəccübləndirib.

 

“Həftədə iki uçuş üçün lisenziya almaq uğrunda çox çalışdıq. Buna özəl sektorun nümayəndələri və iş adamları da lazımi dəstəyi verdi. Lakin yerli məsullar öz vədilərinə əməl etmədiyi üçün Qeşm Hava Yolları Şirkət bu reysi ləğv etməyə məcbur oldu.

Təbriz və Hamburq arasında uçuşlar başladıqdan sonra 11 dövlət orqanı uçuşların davam etməsi üçün iclas keçirib və lazımı tədbirlər almağa söz verdilər. Lakin aradan 16 ay keçməsinə baxmayaraq bu istiqamətdə hər hansı addım atılmadı. Görünür ki, əyalət rəhbərliyi məsələnin əhəmiyyətini başa düşmür. Təbrizin islam dünyasının turizm paytaxtı seçildiyi bir ildə Avropaya olan yeganə reysinin ləğv olma təhlükəsi ilə üzləşməsi heç yaxşı hal deyil”- deyə Bəhram Vəkili Azər qeyd edib.

 

Güney Azərbaycandan Avropaya olan yeganə təyyarə reysi o halda ləğv edilir ki, İsfahan və Şiraz şəhərlərindən  paytaxt Tehran kimi Avropa şəhərlərinin əksəriyyətinə uçuşlar var.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN