Təbrizin ETTELAAT İdarəsində saxlanılan fəal Şahin Bərzgər ailəsi ilə 1 dəqiqəlik telefon əlaqəsi yaradıb

Təbrizin ETTELAAT İdarəsində saxlanılan fəal Şahin Bərzgər ailəsi ilə 1 dəqiqəlik telefon əlaqəsi yaradıb

GünAz TV: 3 həftə haqqında məlumat olmayan güney azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər ETTELAAT Nazirliyinin Təbriz şəhər şöbəsindən ailəsi ilə qısa telefon əlaqəsi yaradıb.

 

O, dekabrın 11-i saat 18:00-da ailəsinə 1 dəqiqəlik zəng edərək,  ETTELAAT-ın Təbriz şöbəsində saxlandığı barədə məlumat verib.

 

Azərbaycan rəqsi müəllimi və “Pəyame Nur” Universitetinin hüquq fakültəsinin tələbəsi olan fəal noyabrın 19-da Təbirzdə, atasının evində ETTELAAT işçiləri tərəfindən saxlanmışdı. Tutulan zaman ona saxlanılması ilə bağlı hüquq mühafizə orqanlarının heç bir hökmü təqdim edilməmişdi.

 

Şahin Bərzgər bundan öncə də dəfələrlə mədəni fəaliyyətinə görə təhlükəsizlik orqanlarına çağırılmış və həbs edilmişdi. O, ötən il mərhum Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyi üçün 3 aylıq həbs edilmişdi.

 

Oktyabrın 26-da təhlükəsizlik qüvvələri fəalın evinə hücum etmiş, mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 10-cu il dönümündə iştirak etdiyinə görə, onu və qardaşı Şəhruz Bərzgəri saxlamışdılar. O, 5 gün həbsxanada saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN