Təbrizin imam cüməsi Süngün Mis Mədəninin talanmasına etiraz edib

2018-03-05

GünAz TV: Təbrizin İmam Cüməsi Məhəmməd Al-i Haşim Vərziğan Süngün Mis Mədəni məhsulunun xammal kimi Azərbaycandan çıxarılaraq Kirama aparılmasına kəskin etiraz edib.

 

O bu barədə bazar günü Azərbaycan istehlakçılarının hüquqlarını dəstəkləyənlərlə bağlı keçirilən tədbirdə danışıb.

 

“Süngün Mis Mədəninə baxış keçirən zaman çox sevindim. Ona görə ki, Azərbaycan bu sahədə olduqca  güclüdür. Lakin təəssüflər olsun ki, Azərbaycan hər zaman diqqətdən kənarda qalır. Uzun illərdir ki, mis zavodu ilə birlikdə bir neçə emal fabrikinin təməli qoyulub, lakin sonralar hamısı buraxılıb. Başa düşmürəm, nəyə görə Azərbaycan Süngün Mis Mədəninin kənarında əritmə zavodu olmamalıdır. Bəziləri bunu ətraf mühit mövzusu ilə izah edir. O zaman bu sual ortalığa çıxır ki, nə üçün mədən fəaliyyətə başlamadan əvvəl bu haqda düşünülməyib! Hətta ətraf mühitlə bağlı problem olarsa, onu yeni texnologiya vasitəsi ilə həll etmək mümkündür”- deyə o bildirib.

 

M. Al-i Haşim Süngün misinin xammal kimi Kiramana daşınmasını tənqid edərək vurğulayıb ki, “Süngün misinin nəsə istehsal etmək üçün Kirmana daşınması qəbuledilməzdir. Azərbaycanın özündə mütləq belə imkan olmalıdır.”

 

Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bundan öncə Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün Mis Mədəninə aid olduğunu bildirmişdir.

 

Qeyd edək ki, Güney Azərbaycanın hər tərəfi qiymətli daşlar, qızıl, mis, mineral sular, duz mədənləri, müxtəlif metallar və s. kimi yataqlarla zəngindir. Lakin mədənlərin kənarında emal fabriklərinin olmaması bəhanəsi ilə, əldə edilən məhsullar xammal şəklində İranın digər vilayətlərinə intiqal edilir. Bu isə mədənlərdən əldə olunan qazancın azərbaycanlılara nəsib olmaması dəməkdir. Bu vəziyyət yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkilləri və digər yerli məsulların da etirazına səbəb olur.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azadlıq səsi: Xordad qiyamının ildönümü və 11-ci məclis açılışı

2020-05-29

gun az article

GünazTV May.29.2020-QADINCA: Azərbaycan cümhuriyetinin müstəqilliyinin 102-ci ili

2020-05-29

gun az article

Mərənd-Sofiyan yolunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb

2020-05-29

gun az article

Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

2020-05-29

gun az article

GünazTV May.28.2020-Sözümüz: Parçalanmış Azərbaycan və Ədəbi Körpü

2020-05-28

gun az article

GünazTV May.28.2020- Düşünməyə Çağrı: Quzey və Güney Azərbaycan Üçün 28 May'ın Önəmi

2020-05-28

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4900-ü ötüb

2020-05-28

gun az article

Güney Azərbaycanın Ənquran mədəni 98 il talandıqdan sonra turizm mərkəzi olur

2020-05-28

gun az article

“Mis Süngün” komandasının iki oyunçusu koronavirusa yoluxub

2020-05-28

gun az article

Təbrizdə “Barış” jurnalının yeni sayı yayımlanıb

2020-05-28

gun az article

Güney azərbaycanlı milli fəal Yusif Kari Ərdəbil həbsxanasının 16-cı korpusuna köçürülüb

2020-05-28

gun az article

Xamenei yeni məclisdə “etnik qruplaşma” ilə bağlı xəbərdarlıq edib

2020-05-27

gun az article

Qərbi Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub

2020-05-27

gun az article

Xoy tarixi bazarında türkcə olan adlar fars sözləri ilə dəyişdirilib

2020-05-27