Təbrizin Mərkəzi Həbsxanasında nə baş verir? Güllə səsləri eşidildi – VİDEO

Təbrizin Mərkəzi Həbsxanasında nə baş verir? Güllə səsləri eşidildi – VİDEO

GünAz TV: Təbrizin Mərkəzi Həbsxanasında saxlanılan məhbusların üsyan etməsi ilə bağlı ziddiyyətli xəbərlər yayılır.

 

Məlumata görə, martın 26-ı günortadan sonra həbsxanada saxlanılan məhbuslar toplaşaraq üsyana qalxıb, onların bir neçəsinin cəzaçəkmə müəssisəsindən qaçdığı bildirilir.

 

Teleqram kanalları və yerli kütləvi informasiya vasitələri bir çox məhbusun qaçmağa nail olduğunu bildirir.

 

Deyilənlərə görə, gözyaşardıcı qazla etirazçı məhbuslara hücum edən təhlükəsizlik qüvvələri həbsxanada nəzarəti ələ alıb. Cəzaçəkmə müəssisəsində güllə səsləri eşidilib.

 

Təhlükəsizlik qüvvələri Vəliəsr məntəqəsində toplaşaraq yolu bağlayıb.

 

Yayılan videoda üsyançıların səsi və güllə səsləri açıq-aydın eşidilir.

 

https://www.youtube.com/watch?v=xHAto0LOUdc&feature=emb_logo

 

https://www.youtube.com/watch?v=Edwl4h6-avs&feature=emb_logo

 

Hələlik dövlət rəsmiləri bu barədə hər hansı açıqlama verməyib.

 

İran rejimi koronavirusa yoluxma faktlarını gec elan etdiyindən epidemiya qısa müddətdə bütün ölkəni, o cümlədən həbsxanaları bürüdü. Məhkəmə məhbusların əksəriyyətini müvəqqəti olaraq sərbəst buraxmaqdan imtina edir. Həyatlarını təhlükədə görən məhbuslar həbsxanadan qaçmaq üçün üsyan etməyə məcbur olur. Ötən həftə oxşar üsyanlara Xürrəmabad və Əliqudərz şəhərlərində rast gəlinmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN