Təbrizin millət vəkili Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı xəbərdarlıq edib

2020-04-01 14:12

GünAz TV: Təbrizin yeni seçilmiş millət vəkili Məhəmməd Rza Mirtacəddini Güney Azərbaycanın Vərziqan bölgəsinin Əndəryan kəndinin yaxınlığında yerləşən qızıl mədəninin ətraf mühitə vurduğu ziyanlarla bağlı xəbərdarlıq edib.

 

Mirtacəddini “son hadisələrin və mədənin ətraf mühiti çirkləndirməsi” məsələsinin araşdırlmasını nəzarətdə saxlayacağını bildirib.

 

Xatırladaq ki, keçən günlərdə mədənin pəsab hovuzunun zədələnməsi nəticəsində zəhərli su ətrafa axıb, yaxın kəndlərdə mal-qaranın toplu şəkildə ölümünə səbəb olmuşdu.

 

Mirtacəddini azərbaycanlıların mədən gəlirlərindən payına toxunmadan dedi, “mədən və onun gəlirləri ölkənin iqtisadiyyatının inkişafı ” üçün istifadə olunmalıdır.

 

Millət vəkili Əndəryan mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunduğunu vurğulayaraq, siyanür və digər zəhərli maddələrin ətraf mühitə ciddi ziyan vurduğunu deyib.

 

O, “keçmişdə qızıl istehsalı üçün insanları öldürürdülər, günümüzdə isə daha artıq gəlir əldə etmək üçün ətraf mühiti məhv edirlər”-deyə artırıb.

 

 

Mirtacəddini əlavə edib ki, ətraf mühitə və yerli xalqın sağlamlığına dəyən ziyan ciddi məslədir və buna göz yummaq olmaz.

 

O, Şərqi Azərbaycan əyalətinin ədliyyə rəisindən şəxsən məsələni araşdırmasını istəyib.

 

“Keçmişdə də Əndəryan mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı məsələ qaldırılmışdı, ancaq bəzilər onu ört-basdır etməyə, unutdurmağa çalışdılar”- deyə millət vəkili artırıb.

 

Qeyd edək ki, sosial şəbəkələrdə mədən pəsabının ətraf kəndlərdəki heyvanları zəhərləyib öldürməsi ilə bağlı görüntülər yayıldıqdan sonra Şərqi Azərbaycan əyalətinin Ətraf Mühit Mühafizəsi İdarəsi mədənin fəaliyyətini müvəqqəti olaraq dayandırdı.  Lakin bəzi ətraf mühit fəalları həmin idarənin keçmişdə baş verən hadisələrlə bağlı mövqeyini xatırladaraq bunu ciddi addım kimi deyil, “nümayişkaranə” hərəkət olaraq dəyərləndirdilər.

 

Daha öncə Şərqi Azərbaycan Kənd Təsərrüfatı Araşdırmalar Mərkəzinin sədri Əhməd Baybordi Əndəryan içməli suyunun zəhərlənməsi ilə bağlı Kənd Təsərrüfatı idarəsinin gizli hesabat hazırladığını, test cavablarının Ətraf Mühit Mühafizəsi İdarəsinin məmurları tərəfindən dəyişdirildiyi və təhrif olunduğunu demişdi.

 

Baybordinin sözlərinə görə, laboratoriyada əldə olunan nəticələr göstərir ki, kəndin suyunun sianid ilə çirklənmə nisbəti normal su ilə müqayisədə 5 dəfə daha çoxdur, lakin məmurlar statistik manipulyasiya yolu ilə onu bir neçə dəfə azaldıblar.

 

 

Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziqan məntəqsində yerləşir. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə çirklənmiş olur. 

 

Yaxın Şərqin ən böyük mis və qızıl yataqlarına sahib olmasına baxmayaraq, Vərziqan əhalisi işsizlikdən və yoxsulluqdan əziyyət çəkir. Mədənlərin hasilatı emal üçün fars bölgələrinə göndərilir və əldə edilən gəlir o bölgələrə sərf olunur.

 

Ü.F 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Milli mədəni Fəal Siyamək Mirzayinin əmisi, Aşıq İslam Mirzayinin yas törənindən Video

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02

gun az article

GünazTV June.01.2020: PARLAQ GƏLƏCƏK:İran rejimi ABŞ etirazlarınan sui-istifadə edir, Güney Azərbaycanlıların köçmək səbəbi.

2020-06-01

gun az article

Milli fəal Yunis Quluzadə həbs cəzasının icrası üçün zindana gedib

2020-06-01

gun az article

Sərçəm-Ərdəbil magistral yolunda avtomobil qəzası: 1 nəfər yanaraq ölüb

2020-06-01

gun az article

İranın təhlükəsizlik qüvvələri kürd terrorçuları tərəfindən öldürülən azərbaycanlı əsgərlərin anım mərasiminin keçirilməsinə icazə verməyib + VİDEO

2020-06-01

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı artır: hər gün 160 nəfər

2020-06-01

gun az article

Təbriz meri: koronavirusun yayılması yenidən fövqəladə səviyyəyə çatıb

2020-06-01

gun az article

“İranın idman məsulları 3 dəfə Traxtur komandasının çempion olmasının qarşısını alıblar”

2020-05-31

gun az article

Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib

2020-05-31

gun az article

Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31

gun az article

Qərbi Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı xəbərdarlıq

2020-05-31

gun az article

Zəncanda geyim mağazaları iflas həddindədir

2020-05-31

gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30