Təbrizin millət vəkili: İdarələrin adi iş rejiminə keçməsi düzgün qərar deyil

Təbrizin millət vəkili: İdarələrin adi iş rejiminə keçməsi düzgün qərar deyil

GünAz TV: Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentindəki millət vəkili ölkədə hökm sürən koronavirus böhranı ilə bağlı dövlətin görməli olduğu işlərdən danışıb.

 

Məhəmməd İsmayıl Səidi bu barədə “İlna” xəbər agentliyinin müxbirinə açıqlama verib.

 

“Dövlət virusun daha çox yayıldığı əyalətlərdə xüsusi tədbirlər həyata keçirməlidir. Ölkədə yaranan Koronavirusla Mübarizə Mərkəzinin isə bu barədə özünəməxsus elmi yanaşması olmalıdır. Biz həm də diqqət etməliyik ki, epidemiya ilə mübarizə heç bir şəkildə siyasiləşməsin. Bu məsələ birbaşa insanların həyatı ilə bağlıdır.

Hesab eliyirəm ki, virusa yoluxma faktı Qum şəhərində qeydə alındıqdan sonra dərhal lazımi tədbirlər alınmalı idi. Bu şəkildə virusun digər şəhərlərə yayılmasının qarşısını almaq mümkün idi. Lakin problem başlanğıcda yetəri qədər ciddiyə alınmadığı üçün bügünkü vəziyyətlə qarşılaşdıq.”- deyə o bildirib.

 

Vəziyyətin hələ də ağır olduğunu bildirən Məhəmməd İsmayıl Səidi idarələrin müvəqqəti olaraq bağlanması və ya iş saatlarının azaldılmasına tərəfdar olduğunu bildirib. O idarələrin adi iş rejiminə keçməsinin düzgün qərar olmadığını vurğulayıb.

 

Azərbaycanlı millət vəkili sözlərinin arasında əhalinin koronavirusa yoluxanlar və bu xəstəlikdən ölənlərin sayı barədə dövlətə inanmadığını diqqətə çatdırıb. Lakin o bu barədə öz fikirini bildirmədən əhalini açıqlanan statistik məlumatlara inanmağa çağırıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN