Təbrizin millət vəkili: Özəlləşdirmə Təşkilatının rəisinin ölkədən çıxışına qadağa qoyulub

Təbrizin millət vəkili: Özəlləşdirmə Təşkilatının rəisinin ölkədən çıxışına qadağa qoyulub

GünAz TV: Təbrizin millət vəkili Əhməd Əlirzabeygi İran Özəlləşdirmə Təşkilatının rəisi Əliəşrəf Abdullapuri Hüseyninin ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

 

Millət vəkili bu barədə yanvarın 20-də “Təsnim” xəbər agentliyinə danışıb. O bildirib ki, Əliəşrəf Abdullapuri Hüseyninin dosyesinə baxan hakim onun ölkədən xaricə çıxışını qadağan edən hökm çıxarıb.

 

Əhməd Əlirzabeyginin sözlərinə görə, bu barədə qərar bir çox millət vəkilinin ölkənin baş prokuroruna müraciət etdiyindən sonra verilib.

 

Millət vəkili sözlərinin sonunda dosyeyə qısa müddətdə baxılması və nəticənin məhkəmə tərəfindən açıqlanmasını gözlədiklərini bildirib.

 

İran parlamentinin bir qrup deputatı Özəlləşdirmə Təşkilatının rəisi Əliəşrəf Abdullapuri Hüseynini dövlət şirkətlərinin özəlləşdirilməsi ilə əlaqədar korrupsiyada ittiham edir. Ərdəbil Ət Sənayesi Kompleksinin Özəlləşdirmə Təşkilatının rəisi tərəfindən alınması onunla bağlı ifşa olunan faktlardan biridir.

Bir müddət əvvəl kütləvi informasiya vasitələrində Əliəşrəf Abdullapuri Hüseyninin istefa verdiyi barədə məlumat yayıldı, lakin bu xəbər qısa müddət sonra təkzib olundu.

 

Əliəşrəf Abdullapuri Hüseyni

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN