Təbrizin millət vəkili “Perspolis”və “İstiqlal” komandalarına verilən dəstəyə görə nazirliyə etiraz bildirib

Təbrizin millət vəkili “Perspolis”və “İstiqlal” komandalarına verilən dəstəyə görə nazirliyə etiraz bildirib

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəndi İranda Tehran komandalarına verilən dəstəyə etiraz edərək Gənclər və İdman Nazirliyini bu məsələni yenidən gözdən keçirməyə çağırıb.

 

Millət vəkili ölkə kuboku çərçivəsində Təbrizin “Şəhrdari” və “Gül reyhan” komandalarının hökumətə bağlı olan “Perspolis” və “İstiqlal” komandalarına uduzdurulması ilə bağlı idman naziri Məsud Sultanifərə etiraz məktubu ünvanlayıb.

Təbriz komandalarının Tehran komandaları qarşısında məğlub olmasının öncədən planlaşdırıldığını qeyd edən Məhəmməd Hüseyn Fərhəngi bu barədə yazıb: “Əhalinin gözü qarşısında açıq şəkildə rəqib komandaların xeyirinə bir çox qərarlar verildi. Buna baxmayaraq yerli iki komanda oyunun son dəqiqələrinə qədər cəsarətli müqavimət göstərdilər. Sonda planlaşdırılan tədbirlərin ardıcıl təkrar edilməsi dövlət komandalarının (“Perspolis” və “İstiqlal” nəzərdə tutulur) qələbə çalmasına səbəb oldu. Bu hərəkətlər idman meydanlarındakı comərdlik ruhuna ziddir.”

 

Azərbaycanlı millət vəkili idman nazirindən bütün idman növlərində, xüsusi ilə də futbolda yol verilən ayrı-seçkiliklərə qarşı tədbir almasını tələb edib.

Etiraz məktubu Kərəc şəhərinin deputatları tərəfindən də imzalanıb.

 

Tehranın “Perspolis” və “İstiqlal” komandaları İran dövlətinə bağlıdır, Gənclər və İdman Nazirliyi, hətta daha bir neçə rəsmi orqan tərəfindən maliyyələşdirilir. Bundan əlavə, bu komandaların yarışlarında irqçi şüarlar səsləndirilir. Komandaların azarkeşləri sistemli şəkildə Güney Azərbaycan türk milləti və onun milli komandası “Traxtur”a qarşı təhqiramiz şüarlar sələndirirlər. İran Futbol Federasiyası və Liqa Təşkilatı da bu komandaları çempion etmək üçün əlindən gələni edir.

Məhəmməd Hüseyn Fərhəngi və daha bir neçə millət vəkili və digər yerli məsullar “Perspolis” və “İstiqlal” komandaları ilə bağlı yol verilən ayrı-seçkiliklərə dəfələrlə etiraz bildiriblər.

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN