Təbrizin Səhənd Universitetində “Avaz oxumaq” müsabiqəsinə qadağa qoyulub

2018-05-08 11:43

GünAz TV: Təbriz Səhənd Universitetinin planlaşdırdığı “Avaz oxumaq” müsabiqəsində türk dilində avaz oxumağa qadağa qoyulub.

 

Universitetin musiqi fondunun mayın 7-nə planlaşdırdığı “Avaz oxumaq” müsabiqəsi yalnız fars dilində keçirilməli idi, buna təhsil müəssisəsinin idarə şurasinin qərar verdiyi bildirilir.

 

Son məlumata görə, irqçilərin planlaşdırdığı tədbir baş tutmayıb, müsabiqə azərbaycanlı öyrəncilərin kəskin etirazı nəticəsində ləğv edilib.

 

Səhənd Universiteti öyrəncilərinin Teleqram kanalında yayılan məlumata görə, müsabiqə ləğv edilib və onun gələn həftə türk dilində keçiriləcəyi bildirilib.

 

Universitetin mədəniyyət şurası türk dilində mahnıya qoyulan qadağanı fars dilində qiymətləndirmənin daha rahat olması ilə izah edib.

 

Mədəniyyət Şurası ləğv olunan müsabiqədə türk dilində mahnı oxumağa qadağa qoymuşdur, bu məsələ sosial şəbəkələrdə də geniş etirazlara səbəb olub.

 

Bu arada İran rejimi “Qaşqay elinin incəsənət və mədəniyyət festivalı”nda qadınların laylalar oxumasına icazə verməyib.

 

 

Məlumata görə, mayın 4-də Gəçsaranda keçirilən festivalda Qaşqayların tanınmış müğənniləri Əfsanə Cahangiri və Nazlı Cahangirinin layla oxuması planlaşdırılıb, lakin şəhər imam cüməsinin göstərişi əsasında təhlükəsizlik qüvvələri buna icazə verməyib.

 

Bu barədə Əfsanə Cahangirinin yaxınlarından biri “Herana” agentliyinə məlumat varib.

“Festival təşkilatçıları xanım Əfsanə Cahangiri və bacısı Nazlı Cahangiridən layla oxumaları üçün dəvət etmişdir. Bunun üçün rəsmi icazə də alınmışdır, lakin son anda bunun qarşısı alınıb və proqram ləğv olunub. Məsullar bununla bağlı konkret heç nə açıqlamayıb”- deyə o bildirib.

 

İranda qeyri-fars millətləri, xüsusi ilə də türklər öz mədəniyyətlərinin inkişafı uğrunda hər hansı addım ata bilmir. Musiqi, ədəbiyyat, dil, rəqs və s. kimi sahələrdə tədbir keçirmək olduqca çətin və məhduddur. Bu vəziyyət uzun illərdir davam edir.

 

Səhənd Universitetinin keçirmək istədiyi müsabiqənin afişası

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23

gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21