“Təbrizin tarixi mədəni heysiyyətinə mərsiyyə oxunmalıdır”- Keçmiş səfir

2019-09-17 14:31

GünAz TV: İranın Tacikistandakı keçmiş səfiri, Azərbaycanın görkəmli şairi mərhum ustad Məhəmməd Hüseyn Şəhriyarın yaxınlarından olan Əliəsğər Şeirdust Təbrizin mədəni-tarixi əsərlərinin yaxşı qorunub saxlanılmadığını kəskin tənqid edib.

 

Böyük şairin vəfatinin 30-cu ildönümü ərəfəsində “Nəsr” agentliyinə danışan Ə.Şeirdust ustad Şəhriyardan qalan əsərlərin diqqətdən kənarda qaldığını xüsus vurğulayıb.

 

Əslində ustad Şəhriyarın tanıtdırmağa ehtiyacı olmadığını deyən keçmiş səfir bildirib ki, Şəhriyarın şöhrəti ölkəyə sığmır, müxtəlif cəmiyyətlər onu daha çox tanımağa çalışır, lakin İranda bu istiqamətdə heç bir addım atılmır.

 

“Şəhriyardan bizə onun şeirləri, evi və dəfn olunduğu yer yadigar qalıb. Təəssüflə şairdən qalan əsərlərin hamısı acınacaqlı vəziyyətdədir. Biz onun şeirlərini layiqli şəkildə hamısını nəşr etdirə bilməmişik. Öz maaşı hesabını tikdirdiyi ev də olduğu kimi qorunub saxlanılmayıb. Onun və daha 400 şairin dəfn olunduğu məqbərə də acınacaqlı vəziyyətdədir, bu vəziyyətə mərsiyyə oxumaq lazımdır.”- deyə o bildirib.

 

Ə.Şeirdust ustad Şəhriyarın dəfn olduğu Təbrizin “Məqbərətül şüəra”sının (“Şairlər məqbərəsi”) bu vəziyyətdə olmasını İran və Azərbaycanın etiqadı, abır və heysiyyətinin talanması kimi qiymətləndirib. O bildirib ki, “Məqbərətül şüəra”nın hansı orqanın nəzarəti altında olduğu bəlli deyil. Bu məkan bu günədək 3 dəfə əldən-ələ keçib və hər dəfə ona ağır ziyan dəyib.

 

Keçmiş səfir ustad Şəhriyarın evinin də baxımsız vəziyyətdə olduğunu tənqid edib. O bildirib ki, son illərdə evdə bir çox əşya təxrib olunub, hətta bəziləri oğurlanıb. Bu evə Bələdiyyə İdarəsi nəzarət edir. Bu barədə bir neçə dəfə bələdiyyə başçısı ilə danışdım. Lakin o deyilən sözlərə məhəl qoymadı. Bələdiyyə başçısına bildirdim ki, işə gedərkən bu evə baxış keçirsin. Görsün ki, tualetin iyisi evi ziyarət edənləri nəcə narahat edir! Təəssüflə bu ev Təbrizin adı və ustad Şəhriyara layiq bir şəkildə qorunub saxlanılmır.

 

Qeyd edək ki, “Məqbərətül şüəra”-nın binasında 2013-cü ilədək müəyyən problemlər yaranıb. Binada rütubət meydana gəlib, ətrafında isə yaşıllıq sahəsinin yaradılmasına ehtiyac yaranıb.

Sonra Bələdiyyə İdarəsi həmin işləri görməklə yanaşı binada təmir-bərpa işləri aparacağına söz verib. Nəhayət ki, 15 min kvadrat metr ərazidə kompleks tikiləcəyi elan olunub və layihənin icrasına başlanılıb.

Hazırda layihənin başladığından 6 ildən çox keçir. Lakin kompleks hələ də istifadəyə verilməyib və yarımçıq vəziyyətdə buraxılıb. Həmin ərazi artıq sahibsiz itlərin sığınacağına çevrilib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-12

gun az article

Qərbi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-12

gun az article

Yerli məsulların xəyanəti nəticəsində Təbrizin fotoqrafiya muzeyi Tehrana köçürülür + VİDEO

2020-08-12

gun az article

Həbsdə olan milli fəal Abbas Lisaninin qardaşı dünyasını dəyişib

2020-08-12

gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12

gun az article

GünazTV Aug.11.2020 -GÜNDƏM MASASI: Qanunun adı altında İran hakimiyyətinin iradəsini həyata keçirən özbaşınalıq

2020-08-12

gun az article

Azərbaycanlı fəal Əkbər Sadiqi müvəqqəti olaraq azadlığa buraxılıb

2020-08-11

gun az article

Ərdəbildə koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-11

gun az article

13 ildən sonra Urmiya gölündə damba yolunun dəyişdirilməsinə vəd verilib

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10

gun az article

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

2020-08-10

gun az article

Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10

gun az article

Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb

2020-08-10

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 794 nəfərə çatıb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib

2020-08-10

gun az article

Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09