Təbrizin tarixi “Pinə Şalvar” qəbiristanlığı təxrib edilib – VİDEO

Təbrizin tarixi “Pinə Şalvar” qəbiristanlığı təxrib edilib – VİDEO

GünAz TV: İran Mədəni İrs Təşkilatının laqeyd münasibəti nəticəsində Təbrizin qədim “Pinə Şalvar” qəbiristanlığının böyük hissəsi təxrib olunub.

 

Güney azərbaycanlı tanınmış kinorejissor Məhəmməd Əlimuradi qəbiristanlıqdan raport hazırlayaraq tarixi məkanın təxrib edilməsi ilə bağlı öz təssüratını yazıb. “Burada nə gözətçi, nədə ki düzgün çəpər gördüm. Bu məkanın son vəziyyəti həqiqətən məni şoka saldı. Məzar daşlarının əksəriyyəti qırılıb və sıradan çıxıb. Məzarlar naməlum insanlar tərəfindən qazılıb, konus şəkilində olan daşlar artıq barmaqla sayılır.

 

Əlimdə olan imkan bir mobil telefonundan ibarət idi. Çalışdım ki, bu acınacaqlı vəziyyətin görüntüsünü dostlara çatdırım.”- deyə o qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=1&v=EEQRmPJFSZQ

 

 

Tarixi qəbiristan Təbriz şəhərinin yaxınlığında “Pinə Şalvar” adlı kənddə yerləşir. Qəbiristanlıqda islamdan əvvəl və sonraya aid çoxlu qəbirlər var. “Pinə Şalvar” qəbiristanlığı “Türkmən Səhra”nın “Xalid Nəbi” məzarlığında olduğu kimi, vaxtı ilə konus şəkilində olan dikilidaşlarla dolu olub. Lakin onların əksəriyyəti baxımsızlıqdan və Mədəni İrs Təşkilatının laqeyd münasibəti nəticəsində təxrib edilərək sıradan çıxarılıb. Dikilidaş, Tikmədaş və ya Balbal adlanan tarixi daşlar qədim türk məzarlarında müşahidə olunub. Bu barədə bundan əvvəl GünAz TV-də yayımlanan sənədli filmi izləyə bilərsiniz:

 

https://www.youtube.com/watch?time_continue=149&v=k1tC944wMcI

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN