Tehran komandasının tərəfdarları “Ölüm olsun türkə” şüarı səsləndiriblər – VİDEO

Tehran komandasının tərəfdarları “Ölüm olsun türkə” şüarı səsləndiriblər – VİDEO

GünAz TV: Avqustun 10-da Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” və Təbrizin “Traxtur” komankaları arasında görüş keçirilib.

 

Super liqa yarışları çərçivəsində keçirilən görüş zamanı “Traxtur” tərəfdarları polis əməkdaşlarının hücumuna məruz qalaraq döyülüb, onlardan bir neçəsi müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

“İstiqlal” komandasının fars tərəfdarları isə öz adətlərinə sadiq qalaraq yenə də türk millətini hədəfə alıblar. Onlar əvvəldən planlaşdırılmış bir şəkildə “Ölüm olsun türkə” şüarı səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=6&v=0lHqvWoIhMw

 

 

İranda fars şovinizmi gücləndikcə “Ölüm olsun türkə” sözü də fars irqçilərinin əsas şüarlarından birinə çevrilir. Bu şüar Tehranın “Perspolis” və “İstiqlal” komandalarının görüşlərində sistemli şəkildə dilə gətirilir. İran Futbol Federasiyasının İnzibati Komitəsi isə bu günə qədər paytaxt komandaları tərəfdarlarının irqçi hərəkətini cavabsız qoyub.

 

“Ölüm olsun türkə” şüarı ötən il “Kalə” voleybol komandası ilə Urmiyənin “Şəhrdari” takımı arasında Amolun “Peyambər-i Əzəm” stadionunda keçirilən görüşdə də səsləndirilmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN