Tehran polisinin farsdilli olayan vətəndaşlarla farsca danışması məcburi oldu

Tehran polisinin farsdilli olayan vətəndaşlarla farsca danışması məcburi oldu

GünAz TV: Tehran Əyaləti Polis İdarəsinin Yoxlama və Önləyici Tədbirlər üzrə Bölümü tabeliyində olan bütün bölmələrə tapşırıq verərək onlardan vətəndaşlarla yalnız fars dilində danışmağı tələb edib.


Məlumata görə, bu barədə “Xidmət zamanı yerli olmayan vətəndaşlarla fars dilindən istifadə etmək” adı ilə yazılan tapşırıq məktubunun üzərində “gizli” sözü yazılıb.


Məhəmməd Şərqi tərəfindən imzalanan tapşırıq bütün aidiyyatı bölmələrə göndərilib.


“Tehran Əyaləti Polis İdarəsinin tabeliyində olan bütün bölmələrə elan olunur ki, yerli olmayan şəxslərlə rastlaşdığınız zaman İran islam Cümhuriyyətinin Konstitusiyasına uyğun olaraq ölkənin rəsmi dilində (fars dili) danışın. Mümkün səhv anlaşılma və polis əməkdaşlarının söyüş və təhqirə yol verməsi ilə bağlı yanlış şübhələri aradan qaldırmaq üçün yerli ləhcələr və qeyri-fars dilində danışılmasın.”- deyə tapşırıqda bildirilib.


Bundan əvvəl isə oxşar irqçi tapşırıq Səhiyyə Nazirliyi tərəfindən Təcili Tibbi Yardım Mərkəzlərinə verilib. Tapşırıqda fars dilində danışmağın məcburi olduğu vurğulanaraq qeyd olunub ki, yerli dili olan bölgələrdə tibbi xidmət zamanı fars dilini bilən şəxslərdən istifadə olunsun. Həmçinin bildirilib ki, fars dilindən başqa dillərdə danışanlara təcili tibbi xidmətlər, o cümlədən ambulans verilməsin.

 

 


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN